Britaniyadan Ukraynaya 589 milyon dollarlıq hərbi yardım
Yaşıllıqları qanunsuz kəsdilər
Amin Quliyev Tailanda Dünya Kubokunu qazandı
“Bolt” yalan danışır?
AFFA-nın 33 milyonu və futbolumuzun “inkişafı”
İlham Əliyevin Əhməd Əl Şaraa ilə görüşü olub
Bank kartlarımız necə talanır? - AÇIQLAMA
İmamoğlu ifadə verdi: “Niyə buradayam?“
Qalib Toğrul da istintaqa cəlb edildi
Hansı şəxsləri 7 min manatlıq cərimə gözləyir?


21.06.2023  10:06 

Arzuya bax, SEVGİLİM...





A+  A-

O ananın 44 gündə 3 mindən çox balası şəhid olub ey. Onda ağlamaqdan göz qalıb ki, qaz çiləməklə kor olsun? Dərd ananın dərdi deyil. Minə dözüb, min birə də dözəcək. Heç o gözə qaz çiləyənin də dərdi deyil. Ola bilsin adamı gerçəkdən cəzalandırsınlar. Amma Bir artıq, bir əskik, nə fərqi? Əsl dərd başqadı. Çox başqa.

Dərd odur, normal ölkələrdə biri qanunu pozanda, hamı əmindir ki, cəzalanacaq. Yarım normal ölkələrdə biri qanunu pozanda hamı ehtiyat edir ki, birdən cəzalandırılmaz, cəzanı tələb edirlər. İşləri başayaq ölkələrdə hamının bir qismi arzu edir, cəzalansın, bir qismi ümid edir, cəzalanacaq.

Bax əgər həmin o arzu edən və ümid edən kəsimlərin ikisinin də önündə gedən mətbuat, jurnalistlərdirsə, əsl dərd budur. Baxın sosial şəbəkələrə, görəcəksiniz əminliyin, tələbin əvəzinə nə qədər arzular və ümidlər əl eləyir sizə pəncərələrdən.

Heç olmasa faktı deyib susmaq olar. Lap elə demədən susub da faydalı olmaq. Yox, izah da verilməlidir, lazımdırsa, cəmiyyət gerçəkdən kənara yönəldilməlidir də:

Biri deyir, ümid edirəm cəzalanacaq. Biri deyir, mən filankəsi yaxşı tanıyıram, o bu işi belə qoymaz, şəxsən cəzalandıracaq. O biri də deyir ki, arvad Ameriknanın pulu ilə hərəkət edib.

İnsan səbəbsiz niyə belə desin ki? Adam durduğu yerdə niyə öz xalqını, cəmiyyətini aldatmağa tələssin ki? Demək səbəb var.

Pul demişkən, bax budur, mətbuatın ayda 3-4 min manat yardıma gözünü dikərək yaşamağının nəticəsi. Özü inkişaf eləsə, fakta, gerçəyə rəğmən nə arzu eləyər, nə ümid...

İlqar Rəsul

Xəbər 1307 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.04.2025  16:32 

“Bolt” yalan danışır?

11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...

11.04.2025  11:53 

Xanlar Vəliyev hakim təyin edilib

11.04.2025  08:20 

Ermənilər atəşkəsi pozub


BÜTÜN XƏBƏRLƏR +