Britaniyadan Ukraynaya 589 milyon dollarlıq hərbi yardım
Yaşıllıqları qanunsuz kəsdilər
Amin Quliyev Tailanda Dünya Kubokunu qazandı
“Bolt” yalan danışır?
AFFA-nın 33 milyonu və futbolumuzun “inkişafı”
İlham Əliyevin Əhməd Əl Şaraa ilə görüşü olub
Bank kartlarımız necə talanır? - AÇIQLAMA
İmamoğlu ifadə verdi: “Niyə buradayam?“
Qalib Toğrul da istintaqa cəlb edildi
Hansı şəxsləri 7 min manatlıq cərimə gözləyir?


10.05.2023  13:41 

Prezident Şuşada görülən işlərlə tanış oldu





A+  A-

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mayın 10-da Şuşa şəhərində 23 binadan ibarət yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış olub, 17 binadan ibarət 2-ci yaşayış kompleksinin təməlqoyma mərasimində, Heydər Əliyev və 8 Noyabr küçələrinin kəsişməsində lövhələrin, Şuşa Otel-Konqres Mərkəzi Kompleksinin açılışlarında, Prezident İlham Əliyevin tapşırığına əsasən, Şuşa şəhərində dövlət xidmətləri mərkəzinin yenidənqurma və təmir işlərinə başlanılması ilə bağlı tədbirdə iştirak ediblər.

XəzərNews.az xəbər verir ki, dövlətimizin başçısı, birinci xanım və ailə üzvləri Şuşada Yaradıcılıq Mərkəzinin Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra açılışında iştirak edib, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində burada təşkil edilən “Heydər Əliyev və Qarabağ” fotosərgisi və Gül Festivalı ilə tanış olublar.

Sonra Azərbaycan Prezidenti, birinci xanım və ailə üzvləri Xurşidbanu Natəvan, Zəfər, Qarabağ və Xan Şuşinski küçələrinin kəsişməsində lövhələrin açılışlarında iştirak ediblər.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Şuşada Yuxarı Gövhər Ağa məscidinin yenidənqurma və bərpa işlərindən sonra açılışında, həmçinin məscidin ərazisində yerləşən mədrəsə binasında “Mir Möhsün Nəvvab Qarabaği – XIX əsrin ensiklopedik alimi” sərgisinin açılışında iştirak ediblər.

Dövlətimizin başçısı, birinci xanım və ailə üzvləri Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Saatlı məscidinin və Milli Xalça Muzeyinin Şuşa filialının açılışlarında iştirak edib, Muzeydə sərgilənən eksponatlar və sənət əsərləri ilə tanış olublar.

Sonra Azərbaycan Prezidenti və birinci xanım Şuşada Dəmir Yumruq küçəsinin lövhəsinin açılışında iştirak ediblər.

Xəbər 908 dəfə oxunub.



11.04.2025  16:32 

“Bolt” yalan danışır?

11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...

11.04.2025  11:53 

Xanlar Vəliyev hakim təyin edilib

11.04.2025  08:20 

Ermənilər atəşkəsi pozub


BÜTÜN XƏBƏRLƏR +