Britaniyadan Ukraynaya 589 milyon dollarlıq hərbi yardım
Yaşıllıqları qanunsuz kəsdilər
Amin Quliyev Tailanda Dünya Kubokunu qazandı
“Bolt” yalan danışır?
AFFA-nın 33 milyonu və futbolumuzun “inkişafı”
İlham Əliyevin Əhməd Əl Şaraa ilə görüşü olub
Bank kartlarımız necə talanır? - AÇIQLAMA
İmamoğlu ifadə verdi: “Niyə buradayam?“
Qalib Toğrul da istintaqa cəlb edildi
Hansı şəxsləri 7 min manatlıq cərimə gözləyir?


20.04.2023  18:28 

Ramazan bayram deyil, bildiyimiz təqvimdir…





A+  A-

Artıq Ramazan ayı - İslam dininin vacib əməllərindən hesab olunan orucluq başa çatır. Bilirəm ki, hər biriniz bu barədə kifayət qədər məlumatlısınız. Sadəcə təkrarda fayda var deyə, bəzi məsələləri diqqətinizə çatdırmaq istəyirəm.

Bəzən təbrik statuslarında, mesajlarda “Ramazan bayramınız mübarək” deyə mətnlərə rast gəlirik. Əslində Ramazan bayram deyil, aydır, yəni bildiyimiz təqvim… Bu ayın içərisində biz oruc tuturuq. Ona görə, tövsiyyə olunur ki, bir-birimizi Fitr bayramı münasibətilə təbrik edək. Yəni, ərəbcə bayrama “iyd” deyilir və bu sözün kökü “ud”, yəni qayıdış mənasını ehtiva edir. “Fitr” kəlməsi həm də “orucu açmaq” “orucu başa vurmaq” mənasını daşıyır.

Fitr bayramı namazı ilə bağlı məzhəblərdə fərqli yanaşmalar var.

Məsələn, şiə alimləri iddia edir ki, İmamın (ə) insanların arasında olduğu dövrdə fitr bayramı namazı vacibdir və camaatla qılınmalıdır. Hazırda yaşadığımız dövürdə İmam (ə) yoxdur, ona görə də Fitr bayramı namazı müstəhəbdir və onu camaatla, yaxud fərdi namaz kimi qılmaq olar. Məsciddə camaatla birgə qılmaq isə bəyəniləndir.

Fitr bayramı namazının vaxtı bayram günü günçıxandan zöhr namazının vaxtınadək qılınmalıdır. Çox sadə namazdır: sübh namazı kimi iki rükət, yalnız birinci rükətin qunutunda 5, ikinci rükətin qunutunda isə 4 dəfə istədiyiniz duanı oxuya bilərsiniz.

Həzrət Əli (ə) buyurur: “Allaha qarşı günah edilməyən gün bayramdır”.

Allah-Təala dövlətimizi əbədi və güclü, millətimizi isə günahlardan, xəstəliklərdən, çətinliklərdən hifz etsin.

Amin!

Niyaz Niftiyev

Xəbər 1945 dəfə oxunub.



11.04.2025  16:32 

“Bolt” yalan danışır?

11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...

11.04.2025  11:53 

Xanlar Vəliyev hakim təyin edilib

11.04.2025  08:20 

Ermənilər atəşkəsi pozub


BÜTÜN XƏBƏRLƏR +