Azərbaycanlı idmançı yeniyetməni zorlamaqda ittiham olunur
Bu gün bank kartlarından 10725 manat oğurlanıb
Türkiyə İsrailin Suriyadan İranı vurmasını əngəlləyə bilər?
Bu qurumun 4 milyon vergi borcu var
Prezident İlham Əliyev İrakli Kobaxidze ilə görüşüb
Borca görə intihara cəhd etdi
Britaniyadan Ukraynaya 589 milyon dollarlıq hərbi yardım
Yaşıllıqları qanunsuz kəsdilər
Amin Quliyev Tailanda Dünya Kubokunu qazandı
“Bolt” yalan danışır?


28.08.2022  10:52 

Riyakarlıq, ikiüzlülük və həyasızlığın da bir həddi olmalıdır axı..





A+  A-

Donbası və Krımı Ukraynanın, Abxaziya və Cənubi Osetiyanı Gürcüstanın, Dnestryanını Moldovanın torpağı, suveren əraziləri (bu ölkələrdəki separatizmin arxasında Moskva dayanır) hesab edən Paris və Vaşinqton Qarabağı (buradakı separatizmi isə de-fakto Moskva, Paris və Vaşinqton üçü birlikdə dəstəkləyir) Azərbaycanın suveren bir parçası hesab etmək istəmirsə, çox böyük yanlışa və ikili standarta yol verir, beynəlxalq hüququ məlum məsələdə çeynəyir. Özləri bilər, biz tarix yazırıq, indən belə əllərini beş qaba çəksinlər!

Bəllidir ki, 44 günlük savaşdan sonra formalaşan yeni geosiyasi reallıqlar fonunda Qərb proseslərdən kənarda qaldığını indi bizə bağışlamaq istəmədiyini nümayiş etdirir. Öz aləmlərində təzyiq nöqtələri yaradırlar, mənasız və ölü bir inadın bəhrəsinə ümid bəsləyirlər.

Keçməz! Daha keçməz!

Çörəyi qulağımıza yemirik, həmin Qərbin düz 30 il zamanı var idi ki, məsələlərə XRİSTİAN TƏƏSSÜBKEŞLİYİ və QARDAŞLIĞI müstəvisindən yox, daha ağlabatan, daha konstruktiv yanaşsın, İŞĞALÇINI öz adı ilə çağırsın, işğala məruz qalan ölkənin milli qüruru, heysiyyatı ilə oynayacaq səviyyədə fəaliyyətsizlik və yarıtmazlıq nümayiş etdirməsin. İllərdir rəsmi Kremlin forpostu olan, az qala Moskvanın idarə etdiyi, indi düşmənçilik etdikləri Rusiyanın qurub ərsəyə gətirdiyi bütün təşkilatlarda əbədi masası olan Ermənistana gözün üstündə qaşın var deməyən özündən müştəbeh bu ölkələrin Azərbaycana ağıl qoymağa, hansısa yol göstərməyə mənəvi haqqı çoxdan itib.

Vaşinqton da, Paris də son 200 ilin tarixini bizdən daha yaxşı bilir, ermənilərin bu bölgələrə necə, hansı niyyətlə yerləşdirildikləri, Azərbaycanın tarixi dədə-baba torpaqlarında ermənilərə dövlət qurulduğunu, Azərbaycanın ortasında məqsədli erməni-türk düşmənçiliyi yaradıldığını və əslində QARABAĞIN kimə aid olduğunu hamıdan daha əzbər bilirlər.

Riyakarlıq, ikiüzlülük və həyasızlığın da bir həddi olmalıdır axı..

Mirzə Rəşad Bakuvi
AY Partiya Başqanının müavini


Xəbər 1459 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.04.2025  19:36 

Bu qurumun 4 milyon vergi borcu var

11.04.2025  19:30 

Borca görə intihara cəhd etdi

11.04.2025  16:32 

“Bolt” yalan danışır?

11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...

11.04.2025  11:53 

Xanlar Vəliyev hakim təyin edilib

11.04.2025  08:20 

Ermənilər atəşkəsi pozub


BÜTÜN XƏBƏRLƏR +