Britaniyadan Ukraynaya 589 milyon dollarlıq hərbi yardım
Yaşıllıqları qanunsuz kəsdilər
Amin Quliyev Tailanda Dünya Kubokunu qazandı
“Bolt” yalan danışır?
AFFA-nın 33 milyonu və futbolumuzun “inkişafı”
İlham Əliyevin Əhməd Əl Şaraa ilə görüşü olub
Bank kartlarımız necə talanır? - AÇIQLAMA
İmamoğlu ifadə verdi: “Niyə buradayam?“
Qalib Toğrul da istintaqa cəlb edildi
Hansı şəxsləri 7 min manatlıq cərimə gözləyir?


19.06.2022  14:48 

Zelenskayanın müharibədən xəbəri yox imiş - Bunkerdə MÜSAHİBƏ





A+  A-

"Açığı heç kim mənimlə hərbi sirləri paylaşmırdı. Müharibə olacağına inanmırdım. Hətta mənim pasportum da hazır deyildi".

XəzərNews.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya “The Guardian”a müsahibəsində deyib.

Fevralın 24-də eşidilən bomba səslərinin atəşfəşanlıq olmadığını dərhal anlayan birinci xanım yataqda tək olarkən bu mənzərənin şahidi olduğunu deyib. Zelenskaya çarpayıdan sıçrayaraq qonşu otağa keçib və ərini kostyum geyinmiş, qalstuk taxaraq işə hazır gördüyünü bildirib.

O, sonra baş verənləri belə izah edib: “Mən ondan soruşdum ki, nə baş verir? Mənə “başladı” dedi. Özümü paralel reallıqda hiss etmirdim".

Ukraynanın birinci xanımı bildirib ki, Volodimir Zelenski paytaxt Kiyevin mərkəzindəki prezident binasında təhlükəsizlik şurasının iclasına getmək üçün evi tərk edib və o, uşaqları ilə tək qalıb. Sığınacağa uşaqları ilə getdiklərini söyləyən Zelenskaya, zaman-zaman birinci mərtəbəyə qalxaraq nə baş verdiyini anlamağa çalışdığını, onların üzərindən keçən döyüş təyyarələrinin Ukraynaya, yoxsa Rusiyaya aid olduğunu təxmin etməyə çalışdığını vurğulayıb.

Nəhayət, həmin gün axşam saatlarında ərini görə bildiyini deyən birinci xanım bu görüşün harada olduğunu açıqlamayıb. Zelenskaya qeyd edib ki, həmin andan etibarən onlar uşaqlarla birlikdə daha təhlükəsiz yerə köçüblər. İşğalın sonrakı günlərində mətbuatda əksini tapan “Rusiyanın Volodimir Zelenskidən sonra 2 nömrəli hədəfi” olması xəbərinə gəlincə, “bu barədə çox düşünməməyə çalışıram. Əks halda, mən paranoyak olaram” deyib.

Birinci xanım, həmçinin vurğulayıb ki, mətbuata nə qədər az danışsa, bir o qədər təhlükəsiz olacaq.

“Birinci xanım” mövqeyinin vacib olduğunu deyən Yelena Zelenskaya keçən il Kiyevdə keçirilən və Əminə Ərdoğanın videomüraciət göndərərək iştirak etdiyi “Lider Xanımlar Zirvəsi”ndən də söz açıb.

O, bu il tədbirin onlayn formatda keçiriləcəyinə ümid etdiyini bildirib. Bundan əlavə, keçən ay Ukraynada ABŞ-ın birinci xanımı Cil Baydenlə görüşdüklərini deyən Zelenskaya, Fransanın birinci xanımı Bricit Makron və Belçika kraliçası Mathildedən ona telefon zəngi gəldiyini və dəstəklərinə görə təşəkkür etdiyini vurğulayıb.

Qeyd edək ki, Yelena Zelenskaya müsahibəni bunkerdə verib./Modern.az/


Xəbər 1520 dəfə oxunub.




11.04.2025  16:32 

“Bolt” yalan danışır?

11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...

11.04.2025  11:53 

Xanlar Vəliyev hakim təyin edilib

11.04.2025  08:20 

Ermənilər atəşkəsi pozub


BÜTÜN XƏBƏRLƏR +