Mixail Saakaşvili: “İlham Əliyev regionun lideridir...“
Naxçıvan Səhiyyə Nazirliyində nələr baş verib?
Əvəz Zeynallı ilə bağlı məhkəməyə müraciət edildi
Sahil Babayevə müavinlər təyin olundu
“Azercell”in ad günü kampaniyasına ETİRAZ
Yaşayış binasındakı yanğın söndürüldü
Sürücü Tibb Mərkəzindən məcburi şəkildə çıxarılıb
Yanğına görə avtomobillərin hərəkəti məhdudlaşdırıldı
Gürcüstan Prezidenti Azərbaycana səfərə gəlib
Ağ Ev Harvard Universiteti üçün qrantları dayandırır


14.03.2019  00:56 

Həyat bizi sınayır - Qəfil gələn məşəqqətlə





A+  A-


Allah Qurani-kərimdə insanlara xitabən buyurur ki, “Mən sizi məşəqqətdə yaratdım”. Bu ayənin sadə anlamı budur ki, bizlər dünya evinin kirayənişinləri olaraq fövqəl sınaq meydanındayıq və məşəqqətlər həyatımızın tərkib hissəsi olaraq qaçılmazdır. Hamımız – irqindən, cinsindən, milliyyətindən asılı olmayaraq, sınaq qarşısındayıq. Heç kim dünyanın çeşidli əzablarından sığortalanmayıb. Allah hər birimizi zaman-zaman sınamaqda, mənəviyyatımızı bu sayaq imtahan etməkdədir. Elə, dünyaya gəlişimizin ana fəlsəfəsi də məhz, imtahan olunmağımızdır. Odur ki, Yaradanın “ağır yüklü dəvəsi” hər kəsin qapısında bir gün qəfil otura bilər. O “yükü” yerbəyer etmənin yolunu da Uca Yaradan müqəddəs kitabında bizlərə aydın şəkildə göstərir və “... bir-birinizə yardımçı olun”,- deyə buyurur.

Bu gün 1978-ci ildə Ağstafa rayonunun Həsənsu kəndində anadan olmuş, hazırda Bakının Binəqədi rayonunda (Rəsulzadə qəs.) yaşayan Əliyev Ramil Zakir oğlunun da belə bir yardıma böyük ehtiyacı var. O, iki ildir ki, Hoçkin linfoması (Linfoma xərçəngi) xəstəliyindən əziyyət çəkir. Yaxınlarının verdiyi məlumata görə, Ramil Əliyev ilkin olaraq Azərbaycanda, sonra isə Türkiyədə əməliyyat olunub. Bu əməliyyatlardan sonra onun səhhətində müsbət irəliləyişlər olsa da, yenidən problemlər yaranıb və Hockin linfoması xəstəliyinin əlamətləri özünü göstərib. Hazırda o, İstanbulun “Anadolu” klinikasında müalicə alır və bu müalicənin ilk mərhələsində həkimlər Ramilin səhhətində müsbət irəliləyişlər müşahidə ediblər. Bildiriblər ki, onun tam şəkildə bu xəstəlikdən qurtulub normal həyata dönüşü üçün 68 000 ABŞ dolları (115 600 AZN) vəsaitə ehtiyac vardır. Əgər, bu məbləğ toplanarsa, o, tam şəkildə sağalaraq onu gözləyən doğmalarının yanına qayıda bilər. Ailənin isə buna imkanı yetərli deyil.

Ümid edirik ki, imkanı ilə insafı üst-üstə düşən hər bir kəs Allah naminə Ramilin sağalıb doğmalarına qovuşması üçün ona öz yardımını əsirgəməz. Əslində isə, onun timsalında bizlər sınağa çəkilirik və bu kiçik video müraciəti dinləyib paylaşmaq da bir sədəqə sayıla bilər...

Qeyd edək ki, Ramil Əliyevə maddi kömək etmək istəyən şəxslər aşağıda göstərilən hesab nömrəsinə və bank kartı hesabına köçürmə edə bilərlər.










XəzərNews.az

Xəbər 3913 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.04.2025  14:35 

Paşinyan sülhdən danışdı


BÜTÜN XƏBƏRLƏR +