Britaniyadan Ukraynaya 589 milyon dollarlıq hərbi yardım
Yaşıllıqları qanunsuz kəsdilər
Amin Quliyev Tailanda Dünya Kubokunu qazandı
“Bolt” yalan danışır?
AFFA-nın 33 milyonu və futbolumuzun “inkişafı”
İlham Əliyevin Əhməd Əl Şaraa ilə görüşü olub
Bank kartlarımız necə talanır? - AÇIQLAMA
İmamoğlu ifadə verdi: “Niyə buradayam?“
Qalib Toğrul da istintaqa cəlb edildi
Hansı şəxsləri 7 min manatlıq cərimə gözləyir?


26.02.2018  12:46 

Qələbəyə səbəb olan nifrət - VİDEO





A+  A-

Bu gün Xocalı faciəsindən artıq 26 il ötür. Xalqımız bu qanlı olayı bir an belə unutmur.
Qarabağ həsrətini illərlə ürəyində gəzdirən və iştirak etdiyi hər bir yarışı Qarabağ uğrunda döyüş kimi qəbul edən vətən övladlarından biri də qaydasız döyüş üzrə Avropa Çempionatının gümüş mükafatçısı Azad Məmmədovdur.

XəzərNews.az bildirir ki, Azad Məmmədov 1991-ci ildə BDU - nun Beynəlxalq Münasibətlər fakültəsinə daxil olub. Tələbələrə verilən möhlət hüququndan istifadə etməyərək 1992 - ci ildə könüllü olaraq Qarabağ savaşında iştirak etmək üçün cəbhəyə gedib. Dəfələrlə ölumlə üz - üzə qalmasına baxmayaraq atəşkəs rejiminə qədər qanlı döyüşlərdə iştirak edib.



Bir çox Beynəlxalq yarışlarda Azərbaycan bayrağını yüksəklərə qaldıran idmançı 2003 - cü ildə yarış zamanı qarşılasdigi, fiziki göstəricilərinə görə "vəhşi" adlandırılan erməni idmançını qısa müddət ərzində məğlub edib.

Döyüş Xocalı faciəsinin ildönümünə təsadüf edirdi.İdmançılar qarşılaşmazdan əvvəl erməni tərəf öz idmançısının həm yaşca, həm də çəki etibarilə dəfələrlə Azaddan güclü olmasına güvənərək ortaya ağır şərtlər qoyur.Belə ki, uduzan tərəf öz ölkəsinin bayrağını qarşı tərəfə təslim etməli idi.Qəzəbindən özünü belə unudan Azad Məmmədov nəyin bahasına olursa olsun, bayrağımızı qorumaq üçün qətiyyətlə mübarizəyə atılır. Bir neçə dəqiqə ərzində rəqibi üzərində qələbə çalır və düşmən bayrağını ayağı altına atıb tapdalayır.

Azərbaycan bayrağını dəfələrlə yüksəklərə ucaldan, vətənini, torpağını canından artıq sevən Azad Məmmədov bu gün dəmir barmaqlıqlar arxasındadır. O, 2009 - cu ildə üzərinə atılan böhtanlar səbəbilə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Azad Məmmədov ailəlidir, 3 övladı var.


Xəbər 2488 dəfə oxunub.



11.04.2025  16:32 

“Bolt” yalan danışır?

11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...

11.04.2025  11:53 

Xanlar Vəliyev hakim təyin edilib

11.04.2025  08:20 

Ermənilər atəşkəsi pozub


BÜTÜN XƏBƏRLƏR +