Britaniyadan Ukraynaya 589 milyon dollarlıq hərbi yardım
Yaşıllıqları qanunsuz kəsdilər
Amin Quliyev Tailanda Dünya Kubokunu qazandı
“Bolt” yalan danışır?
AFFA-nın 33 milyonu və futbolumuzun “inkişafı”
İlham Əliyevin Əhməd Əl Şaraa ilə görüşü olub
Bank kartlarımız necə talanır? - AÇIQLAMA
İmamoğlu ifadə verdi: “Niyə buradayam?“
Qalib Toğrul da istintaqa cəlb edildi
Hansı şəxsləri 7 min manatlıq cərimə gözləyir?


10.05.2017  13:06 

Azərbaycan səfiri erməni təxribatı ilə bağlı Rusiya XİN-ə müraciət etdi





A+  A-

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu mayın 9-da Moskvada keçirilən "Ölümsüz alay" aksiyası zamanı erməni tərəfinin təxribatları ilə əlaqədar Rusiyanın müvafiq rəsmi qurumlarına şikayət edib.
Bu barədə Azərbaycanın Rusiyadakı səfirliyindən bildiriblər.
"Azərbaycanın Rusiyadakı səfirliyi xəsarət alanlarla əlaqə saxlayıb və onların vəziyyəti ilə maraqlanıb. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiya Xarici İşlər Nazirliyi, Moskva meriyası və digər dövlət orqanları ilə əlaqə yaradaraq, başverənlərin araşdırılmasını və bu cür hadisələrin bir də təkrarlanmamasını xahiş edib", - səfirlikdən vurğulayıblar.
Xatırladaq ki, mayın 9-da Moskvada keçirilən "Ölümsüz alay" aksiyası zamanı Ermənistan və Azərbaycan gəncləri arasında kütləvi dava düşüb və nəticədə bir neçə azərbaycanlı yüngül bədən xəsarətləri alıb.
Azərbaycanın Rusiyadakı səfirliyi davanın erməni tərəfinin təxribatları nəticəsində baş verdiyini hesab edir.
Öz növbəsində, Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Moskva bölməsinin icraçı direktoru Şamil Tağıyev ermənilərin sıralarında Moskvadakı "Monte" döyüş klubundan olan peşəkar idmançıların olduğunu vurğulayıb.
"Bəzi ermənilər azərbaycanlıların sıralarının qarşısında qondarma Dağlıq Qarabağ Respublikasının bayrağını yelləyərək və "Artsax", "Şuşa", "Miatsum" deyə qışqıraraq gedirdi. Azərbaycanlılar qondarma respublikanın bayrağını almağa çalışanda 20-30 idmançı onlara hücum etdi", - Ş.Tağıyev bildirib.
Onun sözlərinə görə, ermənilər artıq aksiyasından əvvəl "Belorusskaya" metrostansiyası yaxınlığında toplaşaraq aqressiv əhval-ruhiyyədə olublar.
"Biz bu sahə üçün cavabdeh şəxsə yaxınlaşıb təxribatın qarşısının alınmasını istədik. Onun təlimatından sonra OMON ermənilərdən bayraqları yığışdırmağı tələb etdi və azərbaycanlılarla erməniləri 200 metr məsafəyə qədər bir-birindən araladı. Amma ermənilər yenidən bayraqları çıxarıb şüarlarını səsləndirməyə başladılar. Yürüş zamanı tərəflər arasında məsafə azaldı və qəfildən dava başladı", - icraçı direktor qeyd edib.
O, bir neçə azərbaycanlının yüngül bədən xəsarəti aldığını təsdiqləyib.

(report.az)

Xəbər 1141 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.04.2025  16:32 

“Bolt” yalan danışır?

11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...

11.04.2025  11:53 

Xanlar Vəliyev hakim təyin edilib

11.04.2025  08:20 

Ermənilər atəşkəsi pozub


BÜTÜN XƏBƏRLƏR +