Britaniyadan Ukraynaya 589 milyon dollarlıq hərbi yardım
Yaşıllıqları qanunsuz kəsdilər
Amin Quliyev Tailanda Dünya Kubokunu qazandı
“Bolt” yalan danışır?
AFFA-nın 33 milyonu və futbolumuzun “inkişafı”
İlham Əliyevin Əhməd Əl Şaraa ilə görüşü olub
Bank kartlarımız necə talanır? - AÇIQLAMA
İmamoğlu ifadə verdi: “Niyə buradayam?“
Qalib Toğrul da istintaqa cəlb edildi
Hansı şəxsləri 7 min manatlıq cərimə gözləyir?


08.05.2017  14:38 

Sarı zolaq “qurbanlarının“ sayı AÇIQLANDI





A+  A-

“Mayın 5-dən bu günə qədər IV İslam Həmrəyliyi Oyunları ilə bağlı çəkilən sarı zolaqlara daxil olan 728 sürücüyə elektron protokol yazılıb”.
XəzərNews.az bildirir ki bu sözləri Modern.az-a açıqlamasında Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Vaqif Əsədov bildirib ki, sürücülər diqqətli olmalıdırlar.

“IV İslam Həmrəyliyi ilə Oyunları ilə bağlı çəkilən zolaqlara nəzarət davam etdirilir. Bu zolaqlara daxil olan hər bir sürücü məsuliyyətə cəlb olunacaq”.

Şöbə rəisi həmçinin mayın 25-nə qədər avtomobillərin parklanması ilə bağlı da xəbərdarlıq edib.

“Mayın 5-dən 25-nə qədər olan müddətdə IV İslam Həmrəyliyi Oyunları ilə bağlı çəkilən zolaqlara yaxın yerləşən müvəqqəti avtomobil dayanacaqları ləğv edilib. Zolaqlara yaxın ərazilərdə parkomatlar olsa da ayın 25-nə qədər avtomobillərin parklanması qadağandır”.

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları ilə bağlı paytaxt yollarına çəkilmiş xüsusi sarı zolaqlara digər nəqliyyat vasitələrinin girişi qadağandır.
May ayının 5-dən tətbiq olunan qadağaya əsasən, zolaqlara yalnız IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin təyin etdiyi və xüsusi işarələnmiş nəqliyyat vasitələri daxil ola bilər. Bu zolaqlara icazəsiz daxil olan nəqliyyat vasitələri 40 manat məbləğində cərimə ediləcək.
Qadağa mayın 5-dən 25-nədək qüvvədə olacaq.

Xəbər 1704 dəfə oxunub.



11.04.2025  16:32 

“Bolt” yalan danışır?

11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...

11.04.2025  11:53 

Xanlar Vəliyev hakim təyin edilib

11.04.2025  08:20 

Ermənilər atəşkəsi pozub


BÜTÜN XƏBƏRLƏR +