Britaniyadan Ukraynaya 589 milyon dollarlıq hərbi yardım
Yaşıllıqları qanunsuz kəsdilər
Amin Quliyev Tailanda Dünya Kubokunu qazandı
“Bolt” yalan danışır?
AFFA-nın 33 milyonu və futbolumuzun “inkişafı”
İlham Əliyevin Əhməd Əl Şaraa ilə görüşü olub
Bank kartlarımız necə talanır? - AÇIQLAMA
İmamoğlu ifadə verdi: “Niyə buradayam?“
Qalib Toğrul da istintaqa cəlb edildi
Hansı şəxsləri 7 min manatlıq cərimə gözləyir?


29.03.2017  11:48 

Azərbaycanda polis iti döyüb - Töhmət aldı + VİDEO





A+  A-

Zaqatalada Nizami Ramazanova məxsus 3 aylıq küçük polis əməkdaşı tərəfindən döyülüb.
XəzərNews.az-ın məlumatına görə, “Qafqazinfo”ya müraciət edən heyvansevər Elxan Mirzəyev bildirib ki, hadisə martın 17-də rayonun Muxax kəndində baş verib. E.Mirzəyev deyib ki, it balasını qonşu Tural Hacıömərov döyüb: “Tural Hacıömərov isə Daxili İşlər Nazirliyinin Mühafizə İdarəsinin əməkdaşıdır. Balaca küçük döyüldükdən sonra ağır xəsarətlər alıb, gözləri tutulub, ayaq üstə dayana, yeriyə bilmir. Bu barədə baytar rəyi də var”.

Küçüyün döyülməsinə səbəb onun T.Hacıömərova hürməsi olub. E.Mirzəyev hadisə ilə bağlı “102” xidmətinə müraciət etdikdən sonra Mühafizə İdarəsinin rəhbərliyi tərəfindən qəbul edildiyini deyib: “Rəhbərlik məni dinlədi, məsələ onlara da qəribə gəldi. Dedilər ki, araşdırıb qərar verəcəklər”.

T.Hacıömərov açıqlama verərək hadisənin necə baş verdiyini açıqlayıb: “Mən dəfələrlə onlara xəbərdarlıq etmişdim ki, itinizi yığışdırın, küçəyə çıxır. Mənim də qoyunlarım var, küçəyə buraxıram otlayırlar. Neçə dəfə onlara dedim, xeyri olmadı. Həmin gün yenə qoyunları küçəyə ötürüb evə qayıdırdım. Küçük qoyunların üstünə cumub onları hürkütdü. Mən də iti qovmaq üçün daş atdım, dəydi. Sonra küçük çıxıb getdi. Sonra da bunlar yazmağa başladı”.

T.Hacıömərov DİN rəhbərliyi tərəfindən bu hadisəyə görə töhmət aldığını bildirib: “Baş İdarədə araşdırma aparıldı, mənə töhmət verildi, cəzalandırıldım. Hələ iş yekunlaşmayıb, araşdırma davam etdirilir. Hələ ki işimdəyəm, amma bundan sonra necə olacaq bilmirəm. Baş İdarədən xəbər verəcəklər”.


Xəbər 1445 dəfə oxunub.





11.04.2025  16:32 

“Bolt” yalan danışır?

11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...

11.04.2025  11:53 

Xanlar Vəliyev hakim təyin edilib

11.04.2025  08:20 

Ermənilər atəşkəsi pozub


BÜTÜN XƏBƏRLƏR +