“Badamlı Quşçuluq”da yoxlama... - Nələr aşkarlandı?
Ağadadaş Ağayevlə bağlı hökm yanlış tirajlanıb? - VİDEO
Paytaxtda nə qədər üztanıma kamerası var?
Türkiyəli “biznesmen“in arxasında hansı qüvvələr dayanıb?
Qohumlar arasında nikah qadağan olunur
Zelenskinin istefası müzakirə edilməyib – Fox News
Mərkəzi Gömrük Hospitalında nə baş verir?
1 milyonluq mənimsəmədən 100 mini ödənilib?
Kim boşanmaq istəyir: Kişilər, yoxsa qadınlar?
Ruslar Odessanı “İsgəndər-M” raketi ilə vurdu


26.08.2020  17:08 

Külli miqdarda narkotik dövriyyədən çıxarıldı





A+  A-

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının Sumqayıt şəhərində keçirdikləri tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Qubadlı rayon sakini Ramin Qasımlı tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı onun üzərindən 2 qram psixotrop maddə metamfetamin aşkar edilib. Ramin Qasımlıının idarə etdiyi “Lada” markalı avtomobilin yük yerindən isə 12 kiloqram heroin və 3 kiloqram psixotrop maddə metamfetamin aşkar edilib. Sonuncu əməliyyat nəticəsində 15 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Araşdırma zamanı müəyyən olunub ki, saxlanılan şəxs hələlik adı istintaqa məlum olmayan İran vətəndaşının tapşırığı ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçirilən külli miqdarda narkotik vasitələri Yardımlı rayonunda qəbul edib və Sumqayıt şəhərinə gətirərək satışını təşkil etmək istəyib.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, Ramin Qasımlı tutularaq istintaqa təqdim olunub. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbər 2113 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.03.2025  18:37 

Bəs, “ədalət“ nədir?


BÜTÜN XƏBƏRLƏR +