Daha bir azərbaycanlı müharibədə həlak oldu
Oğul atasına səkkiz bıçaq zərbəsi endirdi
İlham Əliyev və birinci xanım Patriarxı Kirill ilə görüşüblər
Bakıdan Varşavaya uçan təyyarə təcili geri qayıtdı
Cəhənnəmdə yanmağımızı istəyirlər - Azərbaycanlı reper
Anar Kərimov uzun fasilədən sonra göründü - Foto
Ekspert imtahan dəyişikliklərini tənqid etdi
Mən Rusiya agentinə aşiq oldum - Ukraynalı xanım
Tələbə qəbulu ilə bağlı dəyişikliklər necə olacaq?
Xəzərdə bir narkotik qaçaqmalçısı öldürüldü


01.04.2024  14:33 

Prezident bu Sərəncamda dəyişiklik etdi





A+  A-

Prezident İlham Əliyev "Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" 2022-ci il 22 iyul tarixli 3381 nömrəli, "Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" 2022-ci il 22 iyul tarixli 3382 nömrəli, "Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi" publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" 2022-ci il 21 oktyabr tarixli 3548 nömrəli, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli və "Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" 2023-cü il 26 may tarixli 3908 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Xəzərnews.az Bakıvaxtı.az-a istinadla xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. "Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3381 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 7, maddə 793 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

1.1. adında "Qarabağ İqtisadi Rayonunda" sözləri "Ağdam, Füzuli və Xocavənd rayonlarında" sözləri ilə əvəz edilsin;

1.2. 1-ci hissədə "Qarabağ İqtisadi Rayonunda" sözləri və "Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla)" sözləri "Ağdam, Füzuli və Xocavənd rayonlarında" sözləri ilə əvəz edilsin.

2. "Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3382 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 7, maddə 794 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

2.1. adında "Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı" sözləri "Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında" sözləri ilə əvəz edilsin;

2.2. 1-ci hissədə "Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı" sözləri "Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında" sözləri ilə əvəz edilsin və həmin hissədən "Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan" sözləri çıxarılsın.

3. "Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi" publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 oktyabr tarixli 3548 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 10, maddə 1197 (Cild I) 1-ci hissəsində "Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda" sözləri "Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin" sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 11, maddə 1297) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın "AKRONİMLƏR VƏ İXTİSARLAR" hissəsində "Qarabağ İqtisadi Rayonunda" sözləri "Ağdam, Füzuli və Xocavənd rayonlarında" sözləri ilə, "Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı" sözləri "Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında" sözləri ilə əvəz edilsin.

5. "Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 may tarixli 3908 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 5, maddə 706 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

5.1. adında "Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı" sözləri "Laçın rayonunda" sözləri ilə əvəz edilsin;

5.2. birinci hissədə "Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı" sözləri "Laçın rayonunda" sözləri ilə əvəz edilsin və həmin hissədən "Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan" sözləri çıxarılsın.

6. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Xəbər 5771 dəfə oxunub.




02.05.2025  13:53 

Krıma dron hücumu - Foto

02.05.2025  11:41 

Baş nazir yeni qərar imzaladı


BÜTÜN XƏBƏRLƏR +