Turizm Agentliyində yoxlama davam edir
İlham Əliyev Frank-Valter Ştaynmayeri qarşıladı
2600 manat birdəfəlik müavinəti kimlər alacaq?
“Ziyalılar”, özünüzü dırnaq içindən çıxarın!“ - Mirşahin
Bakıda 100 minlik dələduzluq
Bakının axşam tıxacı - SİYAHI
“Abzas Media” işi ilə bağlı məhkəmə prosesi keçirilib
Vahid Ələkbərov Rusiyanın ən varlı adamı oldu
Rusiyaya casusluq edən ukraynalı Polşada saxlanıldı
İsveçrə Rusiyanın 8,38 milyard dollarlıq aktivlərini dondurub


18.02.2022  16:23 

“Özün üçün imarət tikmisən, burnundan gəlsin!“ - Sabiq başçının məhkəməsindən...





A+  A-

İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrlik etdiyi iclasda cinayət işi üzrə şahid qismində tanınmış şəxslər ifadə verib.

İmişli rayonunda Yalavaz-Məhəmmədli-Rəsullu bələdiyyəsinin sədri olmuş Qəhrəman Qəhrəmanov bələdiyyə sədri təyin olunmaq üçün V. Hacıyevə 10 min manat verdiyini deyib: "2014-cü ildən 2018-ci ilə qədər üç kəndin bələdiyyə sədri işləmişəm. Deyə bilərəm ki, qanuni şəkildə seçilməmişəm. Sədrlik üçün bir neçə nəfərin namizədliyi irəli sürülmüşdü, icra başçısı dedi ki, Qəhrəman olsun, çünki çatmışdı... Kredit götürüb 10 min manat vermişdim. Düzdür, qanunda başqa cürdür, amma İmişli icra hakimiyyətində başqa cür. Orda bələdiyyəni icra başçısı təyin edirdi".

Şahid, həmçinin Əfqanıstan müharibəsində iştirakı ilə bağlı ordeni almaq üçün Vilyam Hacıyevin köməkçisi vasitəsilə ondan 500 manat aldığını deyib.

Təqsirləndirilən şəxs şahidin ifadəsinə etiraz edərək müharibə iştirakçıları üçün göndərilən ordenin icra hakimiyyətinə gəlmədiyini bildirib. V.Hacıyev onu da bildirib ki, Qəhrəman Qəhrəmanovun qeyri-qanuni fəaliyyətinə görə, Ədliyyə və Daxili İşlər nazirliklərinə təqdimat verib. Bundan sonra onun barəsində 6 ay həbs qərarı verilib.

Şahid V.Hacıyevin sözlərini qismən təsdiq edərək, məsuliyyətə cəlb olunduğunu etiraf edib. Lakin 6 ay həbsdə qalmadığını, 2 min manat cərimə ödədiyini deyib.

Məhkəmədə V.Hacıyevin vəkili şahidə sual vermək istəyəsə də, şahid buna imkan verməyib, vəkili “dövlətə xəyanət edən” şəxsi müdafiə etməkdə günahlandırıb.
Hakim Azad Paşayev şahidə xəbərdarlıq edib və vəkilin suallarına cavab verməli olduğunu deyib.

Vəkil Elmar Kərimov vəsatət qaldıraraq Q.Qəhrəmanova verilən ordenin yoxlanılmasını tələb edib. Müdafiəçi Əfqanıstan müharibəsindən uzun illər keçdikdən sonra orden verilməsinin təəccüblü olduğunu bildirib.

Məhkəmədə İmişli Rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə şöbənin müdiri Mirzə Quliyev də dindirilib.

Şahid deyib ki, sabiq icra başçısı tərəfindən icra nümayəndələri və müavinlərinin təyinatı üçün müxtəlif məbləğlərdə rüşvət alınıb.

O, həmçinin Mil-Muğan futbol klubu üçün ayrılan 150 min manat pulu da Vilyam Hacıyevə verdiyini deyib: "Dövlət Neft Şirkəti tərəfindən klub üçün ayrılan pul mənim hesabıma köçürülmüşdü. Həmin pulu “Unibank” hesabımdan çıxarıb icra başçısına təhvil verdim. Sonra pulun hara xərcləndiyindən xəbərim olmadı".

V.Hacıyev şahidin ifadəsinin yalan olduğunu deyib:

"Dediklərin absurddur. Özün üçün şəhərin mərkəzində imarət tikmisən, burnundan gəlsin!"

V.Hacıyevin vəkili daha bir vəsatət qaldıraraq müdafiə etdiyi şəxsin qanunsuz tapşırıqlarını icra edən şəxslərin cinayət məsuliyyətinə cəlb olunması üçün müraciət edilməsini tələb edib:

"Bu adamlar hələ də vəzifədədirlər. Bu necə ola bilər? Xahiş edirəm bununla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılsın və prokurorluğa göndərilsin".

Daha sonra şahid qismində İmişli Rayon Memarlıq şöbəsinin böyük məsləhətçisi Orxan Nağıyev ifadə verib.

Şahid bildirib ki, icra hakimiyyətindən Dövlət İdarəçilik Akademiyasında təhsil almaq üçün göndərilən siyahıda onun da adı olub. Lakin ilk imtahandan keçə bilməyib:

“Bundan sonra Vilyam Hacıyevin köməkçisinə 2500 manat pul verdim ki, məsələni həll etsin. Bundan sonra universitetin başqa fakültəsinə qəbul olundum”.
Proses fevralın 21-də davam etdiriləcək.

Qeyd edək ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

İstintaq orqanı tərəfindən toplanmış materiallarla sabiq icra başçısı barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham elan olunub./APA


Xəbər 1805 dəfə oxunub.




01.04.2025  19:00 

Bakıda 100 minlik dələduzluq

01.04.2025  18:57 

Bakının axşam tıxacı - SİYAHI

01.04.2025  14:57 

Sabah gündüz 25° isti olacaq

01.04.2025  14:43 

Qara dənizdə atəşkəs var?

01.04.2025  13:58 

Annalena Baerbok Ukraynaya gedib


BÜTÜN XƏBƏRLƏR +