Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


08.02.2018  18:12 

MSK sosial şəbəkələrlə bağlı mexanizm hazırlayır





A+  A-

Mərkəzi Seçki Komissiyasının sədri sosial şəbəkələrin monitorinqi mexanizminin hazırlanmasının vacibliyindən danışıb.
XəzərNews.az xəbər verir ki, M.Pənahov MSK-nın bu gün keçirilən iclasında qeyd edib ki, sosial şəbəkələr də geniş auditoriyaya malikdir və seçkilərlə bağlı orada da gedən proseslərin izlənilməsi zəruridir: “Eyni zamanda hesab edirəm ki, sosial şəbəkələrlə bağlı da təklif hazırlamalıyıq. Bunu tez hazırlamalıyıq ki, sosial şəbəkələrdə monitorinq təşkil edilsin və seçkiqabağı təşviqatı pozanlar haqqında müvafiq tədbirlər görülsün, təşviqatı pozanlar cəzalandırılsın”.

M. Pənahov həmçinin deyib ki, dairə seçki komissiyalarının üzvləri ilə müşavirə də tezliklə keçirilməlidir: "Daha sonra isə yerlərdə DSK üzvləri və məntəqə seçki komissiyalarının üzvlərinin iştirakı ilə belə tədbirlər keçirilməlidir. Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Mətbuat Şurasının sədri Əflatun Amaşov və Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmlinin də iştirakı ilə mətbuatla bağlı tədbir də keçirilməlidir”.

İclasda həmçinin Mərkəzi Seçki Komissiyasının bəzi normativ xarakterli aktlarına və bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib.

Xəbər 1447 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +