Bakıda evləri talayan qadın saxlanıldı
“Venesiya”da 55 nəfər nədən zəhərləndi? - Açıqlama
Prezidentin Baş prokurur vəzifəsinə namizədi kimdir?
Yaxın 24 saat ərzində saziş imzalanacaq - Şmıxal
Niqab geyinib məktəbləri gəzir... - Açıqlama-VİDEO
Prezident “IVECO”nun sükanı arxasında - Foto
Rasim Balayev Kino Agentliyinin yeni rəhbərini tanımır - ŞOK
İlham Əliyev Sumqayıtda açılışlar etdi - FOTO
Azərbaycanlı iş adamı Odessada oğurlanıb
Dünya Rusiyanı sülhə məcbur etsin... - Zelenski


04.08.2017  12:16 

YAP-da hansı dəyişikliklər olacaq?





A+  A-

Yeni Azərbaycan Partiyasının (YAP) 63 rayon və şəhər təşkilatında hesabat-seçki konfransları keçirilib.
XəzərNews.az xəbər verir ki, bunu Trend-ə YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, 21 rayon və şəhər təşkilatında konfranslar hələ keçirilməyib: "Bu təşkilatlarda da konfranslar ilin sonuna qədər mərhələ-mərhələ keçiriləcək. Bu il seçki ili olmadığı üçün partiyanın ilk təşkilatları, rayon və şəhər təşkilatları ilə bağlı işlərimizi görürük, yekunlaşdırırıq ki, partiya təşkilatlarının fəaliyyəti tam tənzimlənsin, maddi texniki bazası yaxşılaşdırılsın. O cümlədən son 5 ildə partiyaya yeni üzvlər daxil olub, partiya üzvlərinin sayı artıb. Bütün bunlar hamısı konfrans nümayəndələri tərəfindən nəzərə alınaraq həm rayon və şəhər təşkilatlarının tərkibində, həm sədrliklərində dəyişikliklər edilib və bu proses davam olunur".

S.Novruzov qeyd edib ki, konfranslar nəticəsində 11 rayon və şəhər təşkilatının sədrləri dəyişdirilib: "Ümumilikdə Yeni Azərbaycan Partiyasının 84 rayon və şəhər təşkilatı var. Bunlardan hələlik 11-nin sədri konfrans nümayəndələri tərəfindən dəyişdirilib. Dəyişiklik bu və ya digər səbəblər ilə əlaqədardır. Dünyasını dəyişən var, başqa işə keçənlər var, üzvlər tərəfindən mövcud ictimai-siyasi proseslərə cavab vermədiyi hesab olunalar var və s."

S.Novruzov qeyd edib ki, bu konfransları seçkilərə hazırlıq kimi də dəyərləndirmək olar: "Siyasi partiyanın əsas funksiyalarından biri seçkilərdə iştirak etməkdir. Seçkilərdə partiyaların üzərinə çox böyük vəzifələr düşür, yəni seçki kampaniyasının təşkil olunması, təbliğat-təşviqat işlərinin aparılması, seçici imzalarının toplanılması və digər bu kimi məsələlər var. Ona görə də partiyanın kadr bazasının hazırlıq işləri vacib şərtlərdən biridir. Nəzərə alsaq ki, Azərbaycanda beş mindən çox məntəqə seçki komissiyaları var və seçkidə iştirak edən siyasi partiya hər məntəqəyə bir nümatyəndə təyin edəndə, bu beş mindən çox kadr deməkdir. Bunların hər biri öz hüquq və vəzifələrini bilməlidir. Buna görə də bütün bu işləri həyata keçirmək üçün uzun zamana ehtiyac var. Yeni Azərbaycan Partiyası indidən bu işləri həyata keçirir".

Xəbər 1779 dəfə oxunub.




30.04.2025  12:06 

Rusiyanın barıt zavodu vuruldu

30.04.2025  12:02 

Əvəz Zeynallı Türkiyəyə gedir

29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO


BÜTÜN XƏBƏRLƏR +