Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub
“Hyundai Elantra” TIR-ın altına girdi - Video
Putin Əli Xamneyiyə məktub göndərib
Trampın qızı İvanka Kosta-Rikada dincəlir
Qazinin həbs müddəti 2 ay uzadıldı
İran prezidenti Azərbaycana bu tarixdə gələcək


17.05.2021  13:24 

Üç ayda yol qəzalarında ölənlərin sayı açıqlandı





A+  A-

Azərbaycanda istifadədə olan nəqliyyat vasitələrinin sayı 1 milyon 500 mindən artıqdır.
XəzərNews.az-ın məlumatına görə, bunu Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev deyib.

N.Piriyev qeyd edib ki, ölkə ərazisində təhlükəsizliyin təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirilir:

"Bu ilin 3 ayı ərzində ölkə ərazisində 376 yol qəzası baş verib ki, nəticədə 125 nəfər ölüb, 370 nəfər isə xəsarət alıb. Ötən illə müqayisə baş verən qəzaların sayı azalsa da, baş verən hadisələrin sayı çoxdur.

Təkcə 3 ayda Bakıda 103 yol qəzası baş verib.

Aparılan təhllillər göstərir ki, baş verən yol qəzalarının 37,8 faizi piyada vurulmasıdır. Son 3 ayda Bakıda baş verən 103 nəqliyyat hadisəsinin 50-si piyada vurulmasıdır ki, nəticədə 17 nəfər ölüb, 34 nəfər xəsarət alıb".

Xəbər 2329 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +