Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub


10.11.2022  09:14 

Xalq və hakimiyyət “Qarabağ – Azərbaycandır” dedi və bunu etdi





A+  A-

Xalq və hakimiyyət “Qarabağ – Azərbaycandır” dedi və bunu etdi.

XəzərNews.az xəbər verir ki, bu sözləri politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov AZƏRTAC-ın müxbirinə müsahibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Qarabağın azad edilməsi ideyası ətrafında xalqın birləşməsində rolunu qeyd edib.

“Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycan xalqının iradəsinin cəmləşməsində, xalq və hakimiyyətin “Qarabağ - Azərbaycandır” deməsi və bunu etməsində böyük rolu var”, - deyə S. Markov bildirib.

O vurğulayıb ki, Azərbaycan xalqı başına gətirilən fəlakətin vurduğu zərbələrin öhdəsindən qürurla gələrək bu gün Zəfər Gününü qeyd edir. “Prezident İlham Əliyevin məşəl kimi daşıdığı qalibiyyət ruhu daim yaşayacaq və Azərbaycan idmançıları olimpiadalarda daha çox qələbə qazanacaq, iş adamları isə müxtəlif layihələri reallaşdırmaq üçün Azərbaycana gələcəklər. Arzu edirəm ki, Qarabağ minalardan təmizlənsin, dağıntılardan azad olsun və müasir iqtisadiyyat modelinə çevrilsin. Torpaqlarından qovulan ailələr öz doğma ocaqlarına qayıda bilsinlər, Bakıya gəldiyi kimi, dünyanın hər yerindən Qarabağa da turistlər gəlsinlər”, - deyə politoloq əlavə edib.

Xəbər 928 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +