Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub


02.11.2021  10:17 

Nazirlər Qarabağı müzakirə etdilər





A+  A-

Noyabrtın 1-də Ermənistan və Rusiya xarici işlər nazirləri arasında telefon danışığı olub.

XezerNews.az AzadlıqRadiosuna istinadən xəbər verir ki, Ararat Mirzoyan və Sergey Lavrov Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlarının həyata keçirilməsinin vəziyyətini müzakirə ediblər.

Söhbət zamanı habelə Dağlıq Qarabağ münaqişəsi zonasında bütün hərbi əməliyyatlara son qoymuş bu bəyantın “birinci ildönümünün yaxınlaşdığı” qeyd olunub.

Rusiya XİN-in verdiyi məlumata görə söhbət zamanı əsas diqqət humanitar problemlərin, o cümlədən saxlanan şəxslərin buraxılması, minalı sahələrin xəritələrinin verilməsi və dini-mədəniyyət irsi abidələrinin qorunub saxlanması mövzusuna yönəldilib.

Rəsmi məlumata görə Sergey Lavrov və Ararat Mirzoyan Azərbaycan-Ermənistan sərhədi boyunca gərginliyin aradan qaldırılması, Cənubi Qafqazda bütün nəqliyyat və iqtisadi bağların bərpa olunması məsələləri barədə danışıblar.

Ermənistan və Rusiya XİN-in rəhbərləri habelə Azərbaycan-Ermənistan sərhədi boyunca yaranan insidentlərin siyasi-diplomatik yollarla çözülməsinin mühümlüyünü vurğulayıblar.

Azatutyun bildirir ki, danışıqlarda Rusiya-Ermənistan münasibətləri də müzakirə olunub.

Ermənistan XİN-in verdiyi məlumata görə Ararat Mirzoyan Lavrovla söhbəti zamanı deyib ki, Yerevan Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu həmsədrlərinin müəyyən etdiyi prinsip və elementlər üzrə dinc yolla həlli istiqamətində işini davam etdirəcək.

Xəbər 1670 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +