Tikinti sektorunda Təhməzlilər imperiyası...
Ukrayna PUA-ları Bryanskı hədəf aldı: 18 ev yandı
Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?


19.09.2017  17:42 

Abşeron Gənclər Şəhərciyində “JEK”in özbaşınılığı





A+  A-

Jurnalist Səbuhi Məmmədli “AKKORD” Şirkətlər Qrupunun inşa etdiyi binalardakı şəraitdən şikayətçi olub.
XəzərNews.az xəbər verir ki, S. Məmmədli özünün facebook hesabında bu barədə məlumat paylaşaraq bildirib ki, şirkətin tikintisini həyata keçirdiyi Abşeron Gənclər Şəhərciyindəki 27-ci blokda lift işləmir:

“Bir gün kimsə burada ürək tutmasından öləcək. İnsanlar hər gün bir neçə dəfə əlində ağır yük 11-ci mərtəbəyə qədər qalxır. Blokun içində zibildən tərpənmək olmur. Abşeron rayon İcra Hakimiyyətinin şöbə müdiri Azər Məmmədov şəxsən deyir ki, bu şəhərciyə görə cavabdeh deyilik.

Xəstə, qoca, qucaqlarda uşaqlar, əllərdə ağır torbalar, bir gün kiminsə ürəyi dayanacaq hündür mərtəbəyə çıxarkən.

“AKKORD” qulaqardına vurub, yerli JEK-in vecinə deyil. Azərbaycanda bir yaşayış bloku aksiyaya başlayacaq 2 günə lift düzəlməsə. Bunu yerli icra orqanı da bilsin, yerli polis də”.


Xəbər 2356 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...


BÜTÜN XƏBƏRLƏR +