Tikinti sektorunda Təhməzlilər imperiyası...
Ukrayna PUA-ları Bryanskı hədəf aldı: 18 ev yandı
Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?


18.05.2017  13:34 

“Qalmışıq çöllərdə“: Şamaxı və Qobustan sakinləri imdad diləyir





A+  A-

Ötən gecə yağan leysan xarakterli yağış Pirsaatçay çayında daşqınlara səbəb olub və çay məcrasını dəyişib.
XəzərNews.az “ARB TV”yə istinadən xəbər verir ki, nəticədə, ətraf ərazilərə düşən sel bir sıra fəsadlar yaradıb.

Sel suları Şamaxı və Qobustan rayonlarında fərdi yaşayış evlərinə və təsərrüfatlara ziyan vurub. Qobustanın Poladlı kəndində sel suları fərdi yaşayış evlərinin zirzəmilərinə dolub və 200-dən çox ev quşu tələf olub. Elektrik dirəklərinin aşması nəticəsində kəndin enerji ilə təminatı dayandırılıb. Hazırda xətlərin bərpası işləri aparılır.

Şücaət Şükürov (sakin): "Səsinə ayıldım. Sel ilə mənim evimin arasında 10 metr fərq var. Mal-qara da çöldə . Digər heyvanları çıxartdım, amma balalı inəyi çıxara bilmədim. İnək əlli-ayaqlı yoxa çıxdı".

Cavid Əkbərov (sakin): "Toyuqlar ölüb. Televizor, soyuducu, video hamısı içəridədir. Qalmışıq çöllərdə, sığınacaq istəyirik".

İlhamə Əkbərova (sakin): "Ayıldıq, bir də gördüm deyir ki, sel gəlir, durun ayağa. Qonşular harayımıza gəlib. 4 baş ailə çöldə qalmışıq".

Əhaliyə dəyən ziyan müəyyənləşdirilir.

Qəbələdə isə gecə saatlarında güclü leysan və dolu yağması müşahidə olunub. Bəzi ərazilərdə şəxsi təsərrüfatlara və meyvə ağaclarına, habelə avtomobillərə kiçik həcmli ziyan dəyib. Dolunun ardınca isə leysan xarakterli güclü yağış yağmağa başlayıb. Nəticədə, bəzi küçə və ara yollarda suyun səviyyəsi çoxalıb. Kəndlərdə, eləcə də, əkin sahələrində heç bir tələfat qeydə alınmayıb.

Şimal-qərb bölgəsində yağıntılı hava şəraitinin sabahdan etibarən düzələcəyi gözlənilir.



Xəbər 3128 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...


BÜTÜN XƏBƏRLƏR +