Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub


09.02.2017  17:35 

Minsklə Yerevan arasında Lapşin qalmaqalı - “Seçimi etdik...”





A+  A-

 

Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına çağırışlar etməkdə, sərhədi pozmaqda ittiham olunan bloqçu Aleksandr Lapşinin ekstradisiyası Belarusla Ermənistan arasında gərginliyə səbəb olub.

XəzərNews.az xəbər verir ki, ötən gün Ermənistanın hakim Respublikaçılar fraksiyasının lideri Vaqram Baqdasaryan Belarusun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı sıralarından çıxarılmasını tələb edib. Buna cavab olaraq, bu gün Belarus Xarici İşlər Nazirliyi bəyanat yayıb. Bəyanatda bildirilir ki, Belarus öz seçimini edib və KTMT-dən çıxarılması ideyası əsassızdır:

“Belarusun KTMT-dən çıxarılması təklifinin heç bir hüquqi əsası yoxdur”. XİN-dən bildirilib ki, təşkilatda olub-olmaması sırf könüllü işdir, Belarus isə öz seçimini edib.

Bundan başqa, Ermənistan baş naziri ölkənin polis rəisinin müavininin Belarusa nəzərdə tutulan işgüzar səfərini ləğv edib. Səfərin ləğvi ilə bağlı məlumat hökumətin rəsmi saytında yerləşdirilib. Lakin ləğvi səbəbləri açıqlanmır. Qeyd edək ki, Vardan Yeqiazaryan martın 2-5-i Minskdə planlaşdırılan Belarus milisinin 100 illiyi şərəfinə keçiriləcək bayram tədbirlərində iştirak etməli idi. 



Xəbər 1487 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +