Zelenski Roma Papasının dəfn mərasiminə gedəcək
Şərurlu İsfəndiyar onu dələduz adlandırdı, məhkəməyə verildi
Siyavuş Novruzov parlamentdə... - 3 ay sonra göründü
Oğlu Kürdə boğulan ata intihar etdi
Diqqət növbəti pontifi seçəcək kardinallara çevrilir
Qəzzada yeni atəşkəs planı təklif olunub
Deputatın oğlundan prezidentə şikayət olundu
Hesablama Palatasının hesabatı müzakirə edilir
Bank kartlarından 31 min 340 manat oğurlanıb
Zurab Tsereteli 92 yaşında vəfat edib


07.04.2025  18:13 

Ədalət Verdiyev azadlığa buraxıldı





A+  A-

Dövlət sirri təşkil edən məlumatları yaymaqda təqsirləndirilən hərbi ekspert Ədalət Verdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

XəzərNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Nəsimi rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Ədalət Verdiyev Cinayət Məcəlləsinin 284.1-ci maddəsi ilə (dövlət sirrini yayma) təqsirli bilinib. Ona üç il azadlıqdan mərhumetmə cəzası təyin edilib. Lakin həmin müddət şərti hesab olunub. Ə.Verdiyev məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, ötən ilin noyabrın 22-də təşkil olunmuş mediaturda hərbi-ekspert qismində iştirak etmiş Ədalət Verdiyevin Azərbaycan Silahlı Qüvvələrinin döyüş məntəqələrinin yerləşdiyi əraziləri lentə alaraq sosial şəbəkə hesabı vasitəsilə yaymasına və Azərbaycanın qanunla qorunan dövlət təhlükəsizliyini və müdafiə qabiliyyətini təmin edən mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilmişdi.

Xəbər 2391 dəfə oxunub.




22.04.2025  12:29 

Sabah 29° isti olacaq

22.04.2025  11:14 

Naziri restoranda qarət etdilər

22.04.2025  10:43 

Kolleclərə yeni təyinatlar olub

21.04.2025  17:41 

Kurskdakı PUA meydanı vuruldu


BÜTÜN XƏBƏRLƏR +