İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi


29.01.2019  15:39 

“30-dan artıq müəssisədə vergi postları qurulub” - SƏBƏB





A+  A-

"2017-ci ilə nisbətən 2018-ci ildə səyyar vergi yoxlamalarının sayı 3 dəfə azaldılıb. Ötən il ümumilikdə 1500-dən artıq vergi yoxlaması aparılıb".
XəzərNews.az xəbər verir ki, bunu vergilər nazirinin müavini Sahib Ələkbərov sahibkarların vergi yoxlamaları zamanı baş verən özbaşınalıqlarla bağlı suallara cavab olaraq bildirib.

S.Ələkbərov qeyd edib ki, spirtli içkilər sahəsinə diqqət artıb, bunun da səbəbi vergidən yayınma hallarının çox olması ilə bağlıdır. Nazir müavini qeyd edib ki, aksizli mallarla bağlı çoxlu narazılıq və narahatlıq var idi:

"Ötən ilin avqust ayından başlayaraq 30-dan artıq müəssisədə postlar qurulub və bu günə qədər onların işi davam edir. Bu sahədə nizam- intizam yaradılmayana qədər proseslər davam edəcək. Sahibkarlar şərab adı ilə araq istehsal edir və şərabın aksizini verir. Bu adla vergidən böyük yayınmalar var idi. Bu sahədə yoxlamaların keçirildiyi 6 ay müddətində vergidən yayınma ilə bağlı 3.5 - 4 dəfə artım müşahidə edilir. Ödəyicilər var ki, elektron qaimə faktura verməməyə çalşırlar və vergidən yayınırlar".

Nazirlik rəsmisi problem kökündən həll olunanadək prosesin davam edəcəyini vurğulayıb.

Xəbər 1472 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +