İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi


18.09.2017  21:46 

Naxçıvanda müəllimlərin maaşları artırılır





A+  A-

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov “Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” sərəncam imzalayıb.
XəzərNews.az-ın APA-ya istinadən məlumatına görə, sərəncamda qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində çalışan və 2017-ci il iyunun 30-da keçirilmiş bilik və bacarıqlarının qiymətləndirilməsində müəyyən olunmuş keçid balını toplayan müəllimlərin həftəlik dərs yükü norması və aylıq vəzifə maaşları qanunvericiliklə nəzərdə tutulmuş qaydada artırılsın.

Sərəncam 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

Qeyd edək ki, bu ilin iyun ayda keçirilən imtahanlarda 562 müəllim müəyyən olunmuş keçid balını toplayıb. Həftəlik dərs yükü norması və aylıq vəzifə maaşının artırılması da keçid balını toplayan həmin müəllimlərə şamil olunacaq.

Xəbər 1547 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +