Bakıdakı “casus yuvası” yenidən açılacaq?
Şabrançayda batan 2 nəfərin meyiti çıxarıldı
Bank kartlarından oğurluqlar davam edir
Ukrayna PUA-ları Bryanskı hədəf aldı: 18 ev yandı
Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub


26.10.2022  14:26 

AZAL-ın tenderinin qalibi də məmur qohumdur...





A+  A-

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Tender müsabiqəsinin qalibi "Electro Construction" QSC (VÖEN – 1403828771) olub. Müsabiqənin şərtinə görə "Electro Construction" QSC AZAL-a Heydər Əliyev Beynəlxalq Aeroportunun perron ərazisindəki işıq dirəklərini qidalandıran paylayıcı şkafların döşəməüstü panellərini satacaq və qarşılığında 49 min 311 manat 2 qəpik alacaq.

Nizamnamə kapitalı 2000 manat olan "Electro Construction" QSC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov, ev 2071-də yerləşir. Şirkətin qanuni təmsilçisi İslamov Mustafakamal Məhiyəddin oğludur.

Məlumat üçün bildirək ki, "Electro Construction" QSC-nin qeydiyyatda olduğu ünvanda çoxsaylı şirkətlər qeydiyyata alınıb. Bu şirkətlər “Azərişıq” ASC-nin keçmiş rəhbəri, hazırda “Azərenerji” ASC-nin prezidenti olan Baba Rzayev ilə qohumluq əlaqələri olan şəxslərə məxsusdur.

Məsələn, Nərimanov rayonu, Ziya Bünyadov, ev 2071-də qeydiyyatda olan “Zirə Aqropark” MMC-nin (VÖEN – 1503134451) bir il əvvələ qədər qanuni təmsilçisi Soltanov Ayaz Üzeyir oğlu olub. Bu şəxs eyni zamanda “FF Construston” MMC-nin (VÖEN – 1500616851) qanuni təmsilçisidir. “FF Construston” MMC-nin hüquqi ünvanı isə Baba Rzayevin kürəkəni Fərid Fərhadzadənin qeydiyyatda olduğu – Fətəli xan Xoyski pr., ev 134, m. 28-də yerləşir.

Bundan başqa Ziya Bünyadov, ev 2071-də “GBS” QSC adlı (VÖEN-1500855231) şirkət də qeydiyyatdadır. Həmçinin “GBS” adı ilə başlayan başqa bir şirkətə - “GBS Constrasion Electro Mechanical Systems” MMC-yə (VÖEN - 1501472741 ) Baba Rzayevin qardaşı Emin Rzayev rəhbərlik edir./Yeniavaz.com

Xəbər 1164 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?


BÜTÜN XƏBƏRLƏR +