Rubio Ukraynaya görə narahatdır - Reuters
“Xalq qəzeti” ilə “Respublika” bağlanır, “Azərbaycan” isə...
Qarabağda iş imkanı: Əmək haqqı 3000 AZN
Tikinti biznesində “maliyyə piramidası”
Təbiətə 7200 manatlıq ziyan vurdular
Kəmaləddin Heydərov rəisi işdən çıxartdı
Zaur Kərimov AQTA-dan getdi - İstefa
Bu bankdan 150 milyon manata yaxın depozit geri çəkilib
Baş Notarius vəzifəsindən uzaqlaşdırıldı
Ruslar avtobusu dronla vurdu... - 9 nəfər ölüb


12.02.2021  13:08 

Heroin satan ana və oğlu saxlanılıb





A+  A-

Mingəçevir şəhərində narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən ana və oğlu saxlanılıb.
XəzərNews.az DİN-ə istinadən xəbər verir ki, şəhər sakinləri Arzu Əliyeva və oğlu, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Elmir Əliyev taksi fəaliyyəti ilə məşğul olan tanışları Seymur Əliyevin idarə etdiyi “NAZ Lifan” markalı avtomobillə hərəkətdə olarkən şəhər ərazisində saxlanılıb.

Şəxsi axtarış zamanı A.Əliyevadan sellofan torbada satış məqsədilə saxladığı 123 qramdan artıq narkotik vasitə - heroin götürülüb. Həmin şəxslərin ətrafında davam etdirilən əməliyyat tədbirləri ilə onların yaşadığı ünvana da baxış keçirilib. Oradan E.Əliyevə məxsus 30 qram heroin və kustar üsulla hazırlanmış 465 qram tiryək aşkar olunaraq götürülüb.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.



Xəbər 2603 dəfə oxunub.




22.04.2025  13:58 

Nazir səfirlə görüşdü

22.04.2025  12:29 

Sabah 29° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +