Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


23.07.2017  10:32 

Ağrıkəsici və sakitləşdiricidən zəhərlənənlər var





A+  A-

Şəkidə iki nəfər dərmandan zəhərlənib.
XəzərNews.az xəbər verir ki, Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-ya verilən məlumata görə, bu gecə saat 01:00 radələrində Şəki şəhəri, Novruz küçəsi ev 15 ünvanında yaşayan 1993-cü il təvəllüdlü Məryəm Vahid qızı Əlimova, 03:30 radələrində isə Şəki şəhəri S. Ə. Şirvani küçəsi ev 17 ünvanında yaşayan, 1982-ci il təvəllüdlü Elşən Rüstəm oğlu Osmanov dərman zəhərlənməsi ilə xəstəxanaya daxil olublar.

Müayinə zamanı məlum olub ki, M. Əlimova dozadan artıq ağrıkəsici dərman, E. Osmanov isə dozadan artıq əsəb sakitləşdirici dərman qəbul edib. M. Əlimovanın vəziyyəti yüngül olduğundan ona lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb. Vəziyyəti orta-stabil qiymətləndirilən E. Osmanovun müayinə və müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır.

Xəbər 1463 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +