Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


15.11.2021  15:14 

Neft qiymətləri 100 dollara çata bilər





A+  A-

Qlobal enerji şirkətlərinin lazımi sərmayələr yatırmaması səbəbindən neft qiymətləri qısa müddətlik də olsa, 100 dollar/barel səviyyəsinə yüksələ bilər.

XəzərNews.az xəbər verir ki, bu sözləri İtaliyanın “Eni” neft şirkətinin baş direktoru Klaudio Deskalzi deyib.

“Neft qiymətləri bəlkə də bu səviyyəyə çata bilər. Lakin bu, çox uzunmüddətli olmayacaq. Qiymətlər yüksək olduqda, bu, istehlakçıların enerji istifadəsini azaltmalarına səbəb olacaq”, - deyə o qeyd edib.

Baş direktor deyib ki, tədarükün azalması səbəbindən qiymətlər struktur olaraq güclüdür. Yeddi il və ya daha uzun müddətdir ki, neft sənayesinə kifayət qədər sərmayə qoyulmayıb. Hazırda yatırılan investisiyalar 2013-cü ildəki göstəricinin təxminən 50 faizinə bərabərdir. Qlobal neft istehlakı sutkalıq 100 milyon barelə və ya rekord həddə çatır.

Tələb və təklif arasında fərqin yarandığını deyən K.Deskalzi neft şirkətlərinin yenidən investisiya qoyuluşlarına başlamasının müəyyən vaxt alacağını bildirib.

Xəbər 3431 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +