Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


17.07.2018  10:45 

“Zerkalnı” nömrələr hərraca çıxarılacaq





A+  A-

Yaxın gələcəkdə avtomobillər üçün bəzi dövlət qeydiyyat nişanları (nömrələri) artıq hərrac yolu ilə satılacaq.
XəzərNews.az xəbər verir ki, bu barədə sosial şəbəkədə yazan yol təhlükəsizliyi məsələləri üzrə ekspert Ərşad Hüseynov bilddirib ki, 001, 100, 111, rəqəmləri olan nömrələr üçün hərf və rəqəm kombinasiyasından asılı olaraq, 500-2500 manat arasında xüsusi rüsum nəzərdə tutulur:

““Dövlət rüsumu haqqında” Qanuna edilən son dəyişikliyə əsasən, yaxın gələcəkdə Prezident tərəfindən həm hərrac qaydaları müəyyən ediləcək, həm də hansı nömrələrin hərracla satılacağı göstəriləcək. Belə güman etmək olar ki, təkcə göstərdiyim üç variantda rəqəmləri olan nömrələr deyil, bəzi başqa nömrələr də hərracla satılacaq.

Eyni zamanda adi nömrələr üçün nəzərdə tutlan 22 manat rüsum artıq 35 manat olacaq.

Qanun bu gün dərc edilsə də, hələ tətbiq edilə bilməyəcək, çünki yeniliklərin tətbiqi üçün həm "Yol hərəkəti haqqında" Qanuna da dəyişiklik edilməlidir, həm də qeyd etdiyim hərrac qaydaları hazırlanaraq Prezident fərmanı ilə təsdiqlənməlidir”.

Xəbər 1720 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +