Tikinti sektorunda Təhməzlilər imperiyası...
Ukrayna PUA-ları Bryanskı hədəf aldı: 18 ev yandı
Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?


04.11.2021  17:29 

“Bu istiqamətdə normal nəticə əldə olunub“ - Nazir





A+  A-

Azərbaycanın xarici siyasətinin uzun illər ərzində prioriteti bütün ölkələrlə, xüsusilə də qonşu ölkələrlə yüksəksəviyyəli əməkdaşlıq, dostluq münasibətlərinin qurulması və onların inkişaf etdirilməsidir.

XezerNews.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, bu illər ərzində də Azərbaycan-İran münasibətləri məhz bu istiqamətdə inkişaf edib:

“Son illər ərzində iki ölkə arasında çoxsaylı birgə layihələr həyata keçirilib - Şimal-Cənub dəhlizi, Araz çayı üzərində böyük layihələr, birgə iqtisadi yatırımlar. Bir neçə ay bundan öncə bir sıra məqamlar yaşandı. Onlar əsasən Azərbaycanın Qarabağ bölgəsinə İrandan maşınların daxil olması ilə bağlı idi. Bununla bağlı narahatlığımız İran tərəfə çatdırılıb. Sonradan müxtəlif istiqamətlər, o cümlədən diplomatik kanallar vasitəsilə danışıqlar davam etdirilib. Hesab edirəm ki, bu istiqamətdə normal nəticə əldə olunub“.

“Hesab edirəm ki, iki ölkə arasında, hətta yaxın qonşu ölkələr arasında hansısa fikir ayrılıqları ola bilər. Azərbaycan hər zaman bütün münasibətlərin dialoq, qarşılıqlı hörmət, bir-birilərinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında qurulmasının tərəfdarıdır. Düşünürəm ki, bu istiqamətdə də işlər davam edəcək. İran tərəfdən də bu istiqamətdə müsbət mesajlar səsləndirilib. Biz həmin mesajları müsbət qarşılayırıq. Məqsədimiz odur ki, İran dövləti ilə münasibətlərimiz keçmişdə olduğu kimi, müsbət müstəvidə inkişaf etsin" , - deyə C.Bayramov əlavə edib.


Xəbər 996 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...


BÜTÜN XƏBƏRLƏR +