Tikinti sektorunda Təhməzlilər imperiyası...
Ukrayna PUA-ları Bryanskı hədəf aldı: 18 ev yandı
Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?


07.02.2019  13:49 

“Həmcinslərin nikahını bizə ailə modeli kimi sırımaq istəyirlər”





A+  A-

“Dəyərlər sisteminə bu gün baxanda sərt hüdudların silindiyini görürük. Bizim üçün hazırda vacib olan problemlərin kökünün hardan gəldiyini bilməkdir. Ailə dəyərləri əsrlərdən gələn məfhumdur ki, biz bunu bu günə qoruyub saxlamışıq. Dünyada gedən proseslərə baxanda görürük ki, ailə institutu deformasiyaya məruz qalır”.
XəzərNews.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədr müavini Aynur Sofiyeva “Gənclər və ailə: ənənə və müasir baxış” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib. Sədr müavini qeyd edib ki, indi dünyada daha çox natamam və uşaq olmayan ailələr üstünlük təşkil edir: “Təəssüflər olsun ki, bu gün Qərbdə ailədə uşaq əvəzinə heyvan saxlanılır. Geniş ailələri kiçik ailələr təşkil edir və belə ailələr dünyada artmaqdadır. Fərqli ailə modellərini bizə sırımaq istəyirlər. Həmcinslərin nikahını bizə ailə modeli kimi sırımaq istəyirlər. Bunlara nəzərə salanda Qərbdə ailə modelinin dağıldığını görürük. Bu da dünyada demoqrafik problemlərə gətirib çıxarır. Əsasən Qərb bu problemləri həll etmək yerinə onu başqa cəmiyyətlərə ötürmək məqsədi tutub

Bəzi qüvvələr var ki, dünyanın bir nöqtədən idarə etməyə çalışırlar, buna müxtəlif yollarla cəhd edirlər. Amma onlar istəklərinə nail ola bilmədilər. Məqsəd milli dəyərləri qorumaq olmalıdır.

Beynəlxalq təşkilatlar insan hüquqları adı altında hansısa fikirləri təbliğ edirlər. Təəssüflər olsun ki, içimizdəki bəzi qruplar onları dəstəkləyir. Sosial şəbəkələrdə “verbovşiklər” konkret məqsədlərə xidmət edirlər. Bu şəbəkələr vasitəsilə hər bir ailəyə nüfuz edirlər. Onlar beyinlərə təsir göstərməyə çalışırlar. Azərbaycan ailələri buna necə hazırdır? Bizim ailələrin əsrlərdən bəri dəyərləri var. Əlbəttə ki, zamanın təsirlərinə məruz qalsa da, fundamental dəyərləri bu günə qədər qoruyub saxlayıb. Məqsədimiz bunu gələcək nəsillərə ötürməkdir. Dövlət ailə məsələlərinə xüsusi diqqət yetirir. Bu istiqamətdə müxtəlif addımlar atılır. Biz ailə siyasətinin istiqamətinin vektorunu dəyişəcəyik, yəni yalnız həssas ailələrin deyil, bütün ailələrin sosial rifahının yaxşılaşması üçün addımlar atılacaq”.

Xəbər 1966 dəfə oxunub.



16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...


BÜTÜN XƏBƏRLƏR +