Bu qurumun 4 milyon vergi borcu var
Prezident İlham Əliyev İrakli Kobaxidze ilə görüşüb
Borca görə intihara cəhd etdi
Britaniyadan Ukraynaya 589 milyon dollarlıq hərbi yardım
Yaşıllıqları qanunsuz kəsdilər
Amin Quliyev Tailanda Dünya Kubokunu qazandı
“Bolt” yalan danışır?
AFFA-nın 33 milyonu və futbolumuzun “inkişafı”
İlham Əliyevin Əhməd Əl Şaraa ilə görüşü olub
Bank kartlarımız necə talanır? - AÇIQLAMA


01.04.2025  15:45 

Şeyx bayram namazından İrana görə imtina edib?





A+  A-

30 martda Azərbaycanda Ramazan bayramı ilə bağlı namaz qılındı. Bayram namazı Əjdərbəy məscidində 08:00-da, Təzəpir məscidində isə 09:00-da baş tutdu.

Bütün Qafqazın şeyxi Allahşükür Paşazadənin Təzəpir məscidindəki bayram namazına imamlıq etməməsi diqqət çəkdi. Belə ki, Təzəpirdə bayram namazı Hacı Faiz Nağızadə imamlığı ilə qılındı.

Bunun səbəbi kimi Şeyxin səhhətində problemlər olması və Türkiyədə müalicə alması barədə mediada yayılan məlumatı isə Allahşükür Paşazadə təkzib etdi. Türkiyəyə səfərinin məqsədini açıqlamaqdan imtina edən Şeyx dedi ki, Bakıya qayıtmaq istəsə də, sıxlıq olduğu üçün bilet tapa bilməyib.

Əlbəttə ki, bu, sual doğurmaya bilməz:

1. Bayram namazının 30 martda qılınacağı əvvəlcədən bəlli idi, Şeyx bunun üçün öncədən bilet sifariş edə bilərdi;

2. 29 martda Türkiyədə Azərbaycana son anda da bilet almaq mümkün idi – düzdür, bir neçə dəfə bahasına olacaqdı, ancaq hesab edirəm ki, Şeyxin bayram namazına rəhbərlik etmək üçün bir neçə dəfə bahasına bilet almaq imkanı var;

3. Əgər doğrudan da bilet tapa bilməyibsə, Samir Rzayevdən xahiş etsə, AZAL rəhbəri müsəlmanların bayram təntənəsinə çatdırmaq üçün Qafqazın şeyxinə pilotların yanında belə yer edərdi – hələ onu demirəm ki, biznes-klassda adətən, son uçuş saatına qədər bir neçə boş yer olur.

Hələ onu demirəm ki, AZAL əlavə reys aça (Şeyx bilet tapa bilmirsə, demək, başqaları da gəlmək istəyir və əlavə reysə ehtiyac var) və yaxud özəl təyyarədən də istifadə edilə bilərdi.

Yəni Ramazan bayramı müsəlmanlar üçün olduqca müqəddəsdir və bayram namazında Bütün Qafqazın şeyxinin iştirakı çox önəmli sayılır.

Məsələ burasındadır ki, İran ənənəvi xislətinə uyğun olaraq Ramazan bayramını 31 martda keçirdi – müsəlman dünyasından yenə özünü ayırdı.

İndi Türkiyədə olduğu üçün sayın, Bakıda isə əziz-xələf və hörmətli Şeyximiz gərəkdir hamını bu şübhədən çıxarsın və həqiqəti desin: Səhhətindəmi problem var, yoxsa İrana görə 30 martda bayram namazı qılmayıb?

Axar.az

Xəbər 1964 dəfə oxunub.



11.04.2025  19:36 

Bu qurumun 4 milyon vergi borcu var

11.04.2025  19:30 

Borca görə intihara cəhd etdi

11.04.2025  16:32 

“Bolt” yalan danışır?

11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...

11.04.2025  11:53 

Xanlar Vəliyev hakim təyin edilib

11.04.2025  08:20 

Ermənilər atəşkəsi pozub


BÜTÜN XƏBƏRLƏR +