Volkan Konak vəfat edib
Prezident 31 Martla bağlı paylaşım edib
Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib


10.12.2018  16:05 

110 dövlət əmlakı özəlləşdirilir





A+  A-

Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərraclardan biri 15 yanvar tarixində reallaşacaq.
Əmlak Məsələləri Dövlət Komitəsindən XəzərNews.az-a verilən məlumata görə, budəfəki hərraca ümumilikdə 110 dövlət əmlakı çıxarılıb. Onlardan 72-si kiçik dövlət müəssisə və obyekti, 18-i qeyri-yaşayış sahəsi, 20-si səhmdar cəmiyyətidir.

Özəlləşməyə çıxarılan kiçik dövlət müəssisələri respublikanın müxtəlif şəhər və rayonlarında yerləşir. Yenidən qurulması daha çox gəlir qazandıra biləcək bu dövlət obyektlərinin ümumi faydalı sahəsi 20 kv.m ilə 3813 kv.m arasındadır. Əlverişli biznes imkanlarına malik dövlət obyektlərinə Qaxdakı Əmlak kompleksini, paytaxtın Mərdəkan qəsəbəsindəki restoranları, Şəki rayonundakı istirahət zonasını misal göstərə bilərik. İnvestor üçün maraqlı ola biləcək 14 saylı yeməkxana isə Yevlax şəhərində yerləşir. Adıçəkilən bu dövlət əmlakının ümumi faydalı sahəsi 95,2 kv.m-dir.

Xidmət fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün Bakı şəhəri, Zirə qəsəbəsi, N.Hüseynov küçəsindəki 91 saylı mağaza uyğun seçim ola bilər. Qeyd edək ki, bu dövlət obyektinin ümumi faydalı sahəsi 190,5 kv.m-dir.

Bu dəfə hərraca çıxarılan istifadəsiz qeyri-yaşayış sahələrindən 5-i Sumqayıt şəhərində, qalanları isə paytaxtda yerləşir. Dövlət əmlaklarının ümumi faydalı sahəsi 14,4 kv.m ilə 1612 kv.m intervalındadır. Xidmət və ya ofis obyekti kimi istifadə oluna biləcək qeyri-yaşayış sahələrindən biri Səbail rayonu, Badamdar qəsəbəsindədir. Ümumi faydalı sahəsi 14,4 kv.m olan dövlət əmlakı üçün investor 750 manat beh ödəyərək sifarişçiyə çevrilə bilər.

Dövlətə məxsus səhmlərinin özəlləşməyə çıxarıldığı səhmdar cəmiyyətləri sırasında isə kəndkimya, nəqliyyat, inşaat, təmir və sair sahələrə aid müəssisələr var. Hərraca 30%-45%-lik səhm paketləri çıxarılan əmlaklara “Bərdə Kərpic”, “Şamaxı Dəmir Beton”, “Xırdalan Nəqliyyat“, “Kürdəmir Quşçuluq” və digər bu kimi səhmdar cəmiyyətləri aiddir.

Xəbər 1727 dəfə oxunub.




31.03.2025  09:31 

Volkan Konak vəfat edib

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +