Tikinti sektorunda Təhməzlilər imperiyası...
Ukrayna PUA-ları Bryanskı hədəf aldı: 18 ev yandı
Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?


31.03.2021  17:23 

Ərdoğan Qarabağla bağlı türkdilli ölkələrə çağırış etdi





A+  A-

“Türkdilli ölkələr Azərbaycanın 44 günlük müharibə nəticəsində erməni işğalından azad edilmiş əraziləri bərpa etmək səylərini dəstəkləməlidirlər”.
XəzərNews.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) qeyri-rəsmi sammitində deyib.

Türkiyə Prezidenti bir daha Azərbaycan rəhbərliyini və xalqını Qarabağdakı tarixi torpaqların azad edilməsi münasibətilə təbrik edib. Eyni zamanda türkdilli ölkələrin Qarabağdakı türk abidələrinin qorunması və dirçəldilməsində Azərbaycana dəstəyini davam etdirməsinin vacibliyini xatırladıb.

O qeyd edib ki, bu gün dünya birliyinin yaşadığı dəyişikliklər Türk Şurası kimi əməkdaşlıq platformalarının əhəmiyyətini daha da artırır. Bu vaxt narahat olmağa ehtiyac yoxdur.

“Türk Şurası 12 ildir ki, qurumun beynəlxalq nüfuzunu artıracaq institusionalizasiya prosesini başa vurub. Türk Şurasını beynəlxalq bir təşkilata çevirərək statusunu yüksəltmə zamanı gəlib”,- deyə Ərdoğan əlavə edib.

Xəbər 2133 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...


BÜTÜN XƏBƏRLƏR +