BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub
“Hyundai Elantra” TIR-ın altına girdi - Video
Putin Əli Xamneyiyə məktub göndərib
Trampın qızı İvanka Kosta-Rikada dincəlir
Qazinin həbs müddəti 2 ay uzadıldı
İran prezidenti Azərbaycana bu tarixdə gələcək
Siyahıda olmayan cərrahlara xəbərdarlıq...
Azərbaycana gələn turistlərin sayı niyə azalıb?
Xankəndi və Şuşa şəhərlərinə səfər başlayıb


28.11.2017  22:19 

“Nurgun Motors”un prezidentinin oğlu həbsdən çıxdı





A+  A-

“Nurgun Motors” şirkətlər qrupunun rəhbəri Nuru Əliyevin oğlu Nurxan Əliyevin həbs müddəti başa çatıb.
XəzərNews.az-ın Musavat.com-a istinadən məlumatınaa görə, bir neçə gün əvvəl 15 sutkalıq həbs cəzası sona çatan N.Əliyev hazırda piyada gəzir. Atası N.Əliyev oğlunu tənbeh etmək məqsədi ilə onu maşınsız qoyub.

Xatırladaq ki, Nəsimi rayon Məhkəməsinin qərarına əsasən, N.Əliyev polisin əmrinə tabe olmamaqda təqsirli bilinib. Hakim Elman İsayevin sədrlik etdiyi iclasda N.Əliyev 15 gün müddətinə inzibati qaydada azadlıqdan məhrum edilmişdi. N.Əliyev İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin əmrinə tabe olmama) maddəsinə əsasən ittiham edilib. Nəsimi rayonu ərazisində Yol Patrul Xidmətinin (YPX) əməkdaşları ilə avtomobil sahibi arasında insident baş verib.

“İnfiniti” markalı avtomobilin sərnişini Nurxan Nuru oğlu Əliyev yol ilə paralel hərəkət edən YPX avtomobilində olan polisləri təhqir etmiş, polisin “Saxla!”əmrinə tabe olmamışdı. Sonradan avtomobili dayandırmışdılar. N.Əliyev maşından enərək kiçik çavuş Sənan Ədilzadənin üz nahiyəsinə yumruq zərbəsi endirmişdi. Ardınca sürücü və sərnişin xidməti maşını idarə edən digər polisi təhqir etmişdi. Varlı biznesmen oğlunu əraziyə çağırılan Polis Post Patrul Xidmətinin əməkdaşları da sakitləşdirə bilməmişdilər.

Xəbər 1673 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +