“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi
“Melissa Group”un rəhbəri daha 2 ay həbsdə qalacaq
İstanbulda 6,2 bal gücündə zəlzələ baş verib
Azərbaycanın məqsədləri dəyişməyib - Mamicanyan
Rubio Ukraynaya görə narahatdır - Reuters


29.10.2021  12:23 

“Kimlərsə mənə işləməyə imkan vermir” - Şagirdləri işlədən Direktor





A+  A-

Cəlilabad rayonu, 8 saylı məktəbin direktoru Cəlil Abdullayev təmir zamanı şagirdlərin əməyindən istifadə olunması ilə bağlı məlumata münasibət bildirib.

XezerNews.az xəbər verir ki, “Qafqazinfo”ya açıqlama verən C.Abdullayevin sözlərinə görə, yeni təyin olunduğu bu vəzifəsində ona maneə yaradanlar var: “Əvvəl bu məktəbdə direktor müavini olmuşam, sonra imtahan verib direktor təyin edilmişəm. Sentyabrın 13-də işə başlamışam, direktor kimi işləməyimin hələ iki ayı olmayıb. Amma kimlərsə mənə işləməyə imkan vermir. Direktor təyin ediləndən sonra məktəbi səliqəli hala salmağa çalışıram. Bununla bağlı məktəbin həyətində şəhid bulağı tikmək istəyirdik.

Həmin vaxt məktəbə tikinti materialları gələndə mən orada olmamışam, uşaqlar da şəhid bulağının tikilməsi üçün kömək ediblər. Kimsə orada foto çəkərək yayıb. Əlavə sinif otaqları da tikmək istəyirdik, gördük alınmır, tikilən divarı da sökdük”.

Xatırladaq ki, sözügedən fotolarla bağlı Təhsil Nazirliyindən saytımıza bildirilib ki, şagirdlərin tikinti materialı daşıması ilə bağlı məlumatlar araşdırılır.


Xəbər 1614 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +