Putin Əli Xamneyiyə məktub göndərib
Trampın qızı İvanka Kosta-Rikada dincəlir
Qazinin həbs müddəti 2 ay uzadıldı
İran prezidenti Azərbaycana bu tarixdə gələcək
Siyahıda olmayan cərrahlara xəbərdarlıq...
Azərbaycana gələn turistlərin sayı niyə azalıb?
Xankəndi və Şuşa şəhərlərinə səfər başlayıb
Bu da bizim “gənc, perspektivli, Qərb təhsilli kadr...”
Baş nazir onların maaşı ilə bağlı qərar verdi
Prezident Çavuşoğluna başsağlığı verib


10.12.2019  09:26 

10 dekabr - İnsan Hüquqları Günüdür





A+  A-

Beynəlxalq birlik hər il dekabrın 10-da İnsan Hüquqları Gününü qeyd edir. BMT Baş Məclisi 1948-ci ilin həmin günü İnsan Hüquqları haqqında Ümumi Bəyannamə qəbul edib.
XəzərNews.az-ın məlumatına görə, İnsan Hüquqları Günü ilk dəfə 1950-ci ildə - BMT Baş Məclisi bütün dövlətlərə və əlaqədar təşkilatlara müraciət edərək, onları hər il dekabrın bu gününü İnsan Hüquqları Günü müəyyən etməyə çağıran 423(V) nömrəli qətnaməni qəbul etdikdən sonra qeyd olunmağa başlanıb.

Bəyannamə siyasi, mülki, sosial, mədəni və iqtisadi hüquqların geniş siyahısını özündə ehtiva etsə də, riayət edilməsi məcburi olmasa da, insan hüquqları sahəsində vahid beynəlxalq standart formalaşdıran 60-dan çox vasitənin tətbiqinə imkan yaradıb.

Bəyannamədə təsbit olunmuş əsas insan hüquqlarının BMT-nin üzvü olan bütün ölkələr tərəfindən tanınması onun təsir gücünün artmasına kömək edir, həyatımızda insan hüquqlarının əhəmiyyətini qabardır.

BMT-nin insan hüquqları sahəsində əsas vəzifəli şəxsi olan insan hüquqları üzrə ali komissar və onun Administrasiyası İnsan Hüquqları Gününü hər il qeyd etmək üçün səylərin əlaqələndirilməsində əhəmiyyətli rol oynayır.

Xəbər 1756 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +