Bacıoğlu ilə yan-yana xoruş döyüşdürən İcra başçısı
Rusiya 170-ə yaxın pilotsuz təyyarə ilə hücum etdi
“Melissa Group”un rəhbəri saxlanıldı
Prezident Ağdam səfərindən paylaşım etdi - Video
Alatavada aparılan söküntü işləri dayandırıldı
“Xəstən ölüb” deyərək həkimdən 20 min alıblar
Kiyevdə iftar süfrəsi açdılar - Fotolar
Zelenski Parisdə... - Sammitdə iştirak edəcək
Əblüfəz Elçibəyin əkiz nəvələri dünyaya gəlib
Rusiya Ukraynanı “İsgəndər-M” raketi ilə vurdu


08.11.2019  20:27 

Küçədə boğazı kəsilən qadın sağdır - Rəsmi açıqlama





A+  A-

Bu gün sosial şəbəkələrdə Azərbaycanda 8-ci sinif şagirdi olan qızın hamilə qaldığı üçün boğazının kəsilərək öldürülməsi haqda video yayılıb.
"Qafqazinfo" hadisə ilə bağlı təfərrüatları öyrənib.

Belə ki, boğazı kəsilən 8-ci sinif şagirdi yox, 1977-ci il təvəllüdlü M.Natavandır.

Hadisə Gəncənin Boyan küçəsində baş verib. Belə ki, oktyabrın əvvəllərində 4 uşaq anası olan Natavan küçədə sevgilisi Məhərrəm Sirati tərəfindən bıçaqlanıb. O, qadına yaxınlaşaraq arxadan bir neçə bıçaq zərbəsi vurub.

Həmin gün xəstəxanaya çatdırılan qadının vəziyyəti orta-ağır olsa da, həkimlər onun həyatını xilas edib.

***

Daxili İşlər Nazirliyi və Baş Prokurorluq da sözügedən hadisə ilə bağlı məlumat yayılıb.

XəzərNews.az-a daxil olan məlumatda bildirilir ki, bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə guya 8-ci sinif şagirdinin atasının sifarişi ilə əmisi tərəfindən qətlə yetirildiyini əks etdirən videogörüntülər yayılıb.

Həmin məlumatlar həqiqəti əks etdirmədiyindən təkzib olunur.

Belə ki, cari il oktyabrın 8-də Gəncə şəhərində şəhər sakini Məhərrəm Siratinin qeyri-rəsmi nikah münasibətində olduğu şəhər sakini Natavan Mustafayevaya qısqanclıq zəminində bıçaqla çoxsaylı zərbələr endirərək onu qəsdən öldürməyə cəhd etməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin olunmuş, eləcə də əməliyyat tapşırıqları və müvafiq sorğular verilib.

Məhərrəm Sirati təqsirləndirilən şəxs qismində cəlb edilərək Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulan ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xəbər 1300 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.03.2025  13:34 

Bakıda 17 dərəcə isti olacaq

27.03.2025  12:36 

Aytac özünü asıb, yoxsa?..

26.03.2025  11:34 

Azərbaycan nefti ucuzlaşıb


BÜTÜN XƏBƏRLƏR +