“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


03.08.2018  19:35 

“Hacı Mazan” vətəndaşı evində döydürdü - İddia





A+  A-

“Hacı Mazan” kimi tanınan iş adamı Ramazan Zeynalovun vətəndaşı döydüyü iddia olunur.
XəzərNews.az Unikal.org-a istinadən xəbər verir ki, Faiq Seyfullayev adlı vətəndaş sosial şəbəkədə canlı yayım edərək köynəyi cırılmış halda onu “Hacı Mazan” və ətrafındakı şəxslərin döydüyünü bildirib.

Vətəndaş iddia edib ki, iş adamı və ətrafındakı şəxslər onun üzünə və bədəninə xəsarət yetiriblər. Eləcə də evindəki əşyaları dağıdıblar.

Bundan başqa, şikayətçi olan vətəndaşı çəkmək üçün hadisə yerinə gələn “Xəzər” televiziyasının xəbərlər xidmətinin müxbiri Rüstəm İbadov və operator Davud İbrahimova hücum edən iş adamı “Hacı Mazan” mikrofonu müxbirin əlindən dartaraq alıb. Həmçinin operatordan çəkməməyi tələb edərək kameranı almağa çalışıb.

Faiq Seyfullayev bildirib ki, yaşadığı binada müqaviləni yeniləmədiyi üçün döyülüb:

“Paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Musabəyov 4c ünvanında “İnam Bayram” MTK-ya məxsus binada yaşayıram. Kommunal ödənişlərlə bağlı müqaviləyə imza atmadığım üçün “Hacı Mazan” və dəstəsi məni döydü, bədənimdə çoxsaylı xəsarətlər var. Hazırda Binəqədi rayon 4-cü polis bölməsindəyəm, izahat verəcəm. Ümid edirəm təqsirkarlar cəzalanacaq”.

Qeyd edək ki, “Hacı Mazan” kimi tanınan iş adamı Ramazan Zeynalov Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qudasıdır.

Xəbər 1837 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +