Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub


24.05.2023  17:05 

Anar Əsədlini ailəsi ilə görüşdürmürlər - Açıqlama





A+  A-

OkAprelin 20-də əsassız ittihamlarla barəsində həbs qətimkan tədbiri seçilmiş AY Partiya Başqanı Anar Əsədlinin ailə üzvləri ilə görüşünə icazə verilmir.

XəzərNews.az xəbər verir ki, açıqlamanı Azərbaycan Yüksəliş Partiyası İcra Aparatı yayıb.

Qeyd olunur ki, ailə üzvlərinin Anar Əsədlinin saxlandığı Bakı istintaq təcridxanasına və DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə görüşlə bağlı etdiyi müraciətlərə indiyədək müsbət cavab verilməyib. Təcridxana rəhbərliyi görüş üçün idarənin icazə verməli olduğunu əsas gətirir. BMCMİ isə Anar Əsədlinin ailə üzvləri ilə görüşünə heç bir qadağa olmadığını bildirir. Nəticədə onun ailə üzvləri ilə görüşmək hüququ kobud şəkildə pozulur.

AY Partiya Başqanı həbs olunduğu ilk günlərdə onun vəkili ilə görüşünə də süni maneələr yaradılmışdı. Yalnız aidiyyəti qurumlara şikayətdən və ictimailəşdiriləndən sonra məsələ həllini tapmışdı.

Hazırda ibtidai istintaq davam edir. Vəkilinin Anar Əsədlinin barəsindəki həbs qərarının dəyişdirilməsi ilə bağlı məhkəməyə verdiyi şikayətlər təmin olunmayıb.



Xəbər 1604 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +