Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub


27.03.2023  14:47 

“İran və digər ölkələr bilməlidir ki...“ - Deputat





A+  A-

"İran təyyarəsinin sərhəd boyu uçuş etməsi, vizual kəşfiyyat aparması ona göstərir ki, cənub qonşumuz öz əməllərindən əl çəkmir".

XəzərNews.az xəbər verir ki, bunu Bakupost.az -a millət vəkili Arzu Nağıyev bildirib.

Onun sözlərinə görə, son olanlar Azərbaycana qarşı təxribatçı fəaliyyətin nəticəsidir:

“İran 90-cı illərin əvvəlində də belə addımlar atmışdı. İndiki kimi o vaxt da İranın agentura şəbəkəsi Azərbaycanda İslam dövləti yaratmağa çalışırdı. Ancaq həmin dövrdə onların bu istiqamətdə fəaliyyətinin qarşısı qətiyyətlə alındı. Azərbaycan bu günə qədər olduğu kimi, bundan sonra da dövlətçiliyimizə qarşı atılan bütün addımlarla bağlı adekvat tədbirlər görəcək. İran və digər ölkələr bilməlidir ki, göstərdikləri fəaliyyətlə heç nəyə nail ola bilməyəcəklər".


Xəbər 982 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +