Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub


28.11.2022  10:10 

“Yerevan şəhərlərə zərbələr endirildiyini bildirmişdi“ - Zas





A+  A-

Sentyabrda Ermənistan Azərbaycanla sərhəddəki vəziyyətə görə KTMT prosesdə iştirakdan imtina etdi - o zaman rəsmi Yerevan sərhədyanı şəhərlərə zərbələr endirdiyini bildirmişdi.

XəzərNews.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə KTMT-nin baş katibi Stanislav Zas açıqlama ilə çıxış edib.

O qeyd edib k, bundan sonra KTMT-nin Birgə Qərargahının əməliyyat qrupu Ermənistana gəlib:

"Sentyabrın 14-də Azərbaycan Ermənistana humanitar atəşkəs təklif edib, nəticədə tərəflər atəşkəs barədə razılığa gəliblər".

Stanislav Zas hesab edir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı hazırda hibrid hücumları dəf etməyə tam hazır deyil.

Baş katib izah edib ki, bunlara həm sırf hərbi, həm iqtisadi, həm informasiya, həm də siyasi sanksiyalar daxildir.

Zas qeyd edib ki, təşkilat əvvəlcə KTMT-yə üzv ölkələrin təhlükəsizliyinə sırf hərbi təhdidləri dəf etmək üçün yaradılıb:

"20 il ərzində çox güclü transformasiya baş verdi və bu müddət ərzində təşkilat müxtəlif təhdidlərə, o cümlədən terrorizmə, narkotiklərin qanunsuz dövriyyəsinə və cinayətkarlığa, o cümlədən İKT sahəsinə qarşı mübarizə üçün hərtərəfli platformaya çevrilməyə başladı".

Hacı
XəzərNews.az


Xəbər 994 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +