Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub


12.11.2018  15:03 

Əliyev Belarusa gedir - “Razılaşmamız müqəddəsdir”





A+  A-

Prezident İlham Əliyev bir həftə sonra Belarusa səfər edəcək.
XəzərNews.az Belarus mətbuatına istinadən xəbər verir ki, bu barədə prezident Aleksandr Lukaşenko ilə Azərbaycanın bu ölkədəki səfiri Lətif Qəndilovun görüşü zamanı məlumat verilib.

Lukaşenko söhbət zamanı diplomatla görüşünün əsas səbəbinin Azərbaycan dövlət başçısının səfəri ilə əlaqəli olduğunu vurğulayıb: “Bizim danışılası çoxlu mövzumuz var”.

Belarus lideri ilin əvvəlindən bəri iki ölkə arasında ticari dövriyyənin 3 dəfədən çox artdığını bildirib.

Humanitar sahədəki əməkdaşlığa diqqət çəkən Lukaşenko təxminən 500 azərbaycanlının Belarusda təhsil aldığını qeyd edib: “Azərbaycan üçün bizim qapılarımız açıqdır.

Bizim İlham Əliyevlə razılaşmamız müqəddəsdir və onlara əməl edəcəyimizə söz vermişik. Belarusla Azərbaycanın qapalı mövzusu yoxdur”.

Xəbər 1717 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +