Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub


29.10.2018  13:23 

“İkinci turda Vaşadzenin imkanları daha güclüdür”





A+  A-

“Gürcüstanda prezident seçkiləri normal keçdi. Demək olar ki, seçkilər demokratiyaya yaxın ab-havada keçirildi. Seçkilərin 2-ci tura qalması da bunun əyani sübutudur”.
XəzərNews.az xəbər verir ki, bu fikirləri Azadinform-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O bildirib ki, hakimiyyətin inzibati resursları Saakaşvilinin adamının – Vaşadzenin birinci turda qalib gəlməsinə imkan vermədi: “Vaşadzenin birinci turda qalib olmağı üçün kifayət qədər əsaslar və səs potensialı var idi. Amma qalib gəlmədi. Buna baxmayaraq, hesab edirəm ki, ikinci turda Vaşadzenin qalib gəlmə imkanları daha güclüdür. Belə olan təqdirdə həm də Saakaşvilinin ölkəyə gəlməsi mümkündür”.

Qeyd edək ki, ötən gün Gürcüstanda keçirilən prezident seçkilərində ekspertlərin qiymətləndirməsinə və sosioloji sorğuların nəticələrinə əsasən, əsas mübarizə üç namizəd - keçmiş xarici işlər naziri Salome Zurabişvili, “Güc və Birlik” müxalifət blokunun namizədi Qriqol Vaşadze və Avropa Gürcüstanı Partiyasının namizədi David Bakradze arasında gedəcək.

Xəbər 1935 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +