Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub


06.03.2017  14:29 

“Qırğızıstana başa salmalıyıq ki...” - Komitə sədri





A+  A-

İqtisadi əməkdaşlıq Təşkilatının (İƏT) İslamabad Sammitində Qırğızıstan Azərbaycan üçün mühüm əhəmiyyət daşıyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsilə bağlı qətnaməyə qoşulmayıb.
Məsələ ilə bağlı danışan Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) üzvü Nizami Cəfərov deyib ki, Qırğızıstanın qətnaməyə qoşulmaması düzgün addım deyil.
“Bizim üçün birinci prinsip türk dünyasının birliyi məsələsidir. Gərək Qırğızıstan bu qətnaməyə qoşulaydı, çünki türk dünyasında Dağlıq Qarabağ problemi ilə bağlı məsələ əslində məlumdur. Hər halda biz onlara izah etməliyik ki, bu məsələdə ümumi mövqe mövcuddur və ona görə də məlumatsızlıqdan söhbət gedə bilməz.
Azərbaycanla Qırğızıstan arasındakı münasibətlər çox yüksək səviyyədədir. Mən inanmıram ki, hər hansı bir inciklik, anlaşılmazlıq bu münasibətlərə təsir etsin. Amma biz də öz mövqeyimizi bildirməliyik, bu qətnamənin vacibliyini bildirməliyik”.

İqtisadi əməkdaşlıq Təşkilatının 1985-ci ildə Pakistan, Türkiyə, İran tərəfindən qurulub. 1993-cü ildən Azərbaycan və 5 Orta Asiya respublikası bu quruma üzv olublar.
Bu il martın 1-də Pakistanda qurumun XIII sammiti keçirilib.

(modern.az)

Xəbər 3022 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +