Bu yollarda sıxlıq var - Siyahı
Məşhur kosmetoloq plagiatda günahlandırıldı
İlham Səlimzadə 19 kq narkotiklə tutuldu
Bu Mərkəzə direktor təyin edildi
Ruslar 8 deputata qarşı terror hazırlayıbmış - Foto
“Medeks“ 2 ildə 3 milyonluq tenderi necə qazanıb?
“Jasmine Park”ın “kupça” oyunu: Əlavə pul qazanır
Bakıda ŞOK: Məktəbin həyətində yaşayış binası tikdilər
Ukrayna “Şahed”i tutacaq pilotsuz uçan aparatı təqdim edib
Azərbaycanda orqan mafiyası ilə bağlı ŞOK İDDİA


21.08.2017  16:21 

“Abşeron” Gənclər Şəhərciyində qaz PROBLEMİ





A+  A-

“Abşeron” Gənclər Şəhərciyinə qazın verilməsi prosesi dayandırılıb.
Bu barədə XəzərNews.az-a bir qrup şəhərcik sakini məlumat verib.

Şikayətçilərin sözlərinə görə, bu ilin yanvar ayından kompleksə qazın çəkilməsi işi başlanılsa da, 3-gündür ki işlər dayandılıb:

"6-7 ay ərzində bir neçə blok qazlaşdırıldı. Sonra şəhərciyi inşa edən "Akkord” tikinti şirkəti Azəriqaz İstehsalat Birliyi və qazı çəkən podratçı şirkətin haqqını vermədi. Podratçı şirkətin işçiləri 3 aydır əmək haqqı almadıqlarını bildirirdilər. Ona görə də həmin şirkət işi yarımçıq qoyub, getdi. Şəhərcikdəki Mənzil- İstismar idarəsi isə dayandırılmanın səbəbindən xəbərsiz olduğunu bildirir. Bu da o deməkdir ki, ən azı 2017-ci ilin qışını da qazsız keçirəcəyik”.

Sakinlər onu da diqqətə çatdırırblar ki, soyuqlar düşən kimi şəhərcikdə həyat iflic olur:

“Dözülməz vəziyyət yaranır. Şəhərcik gənc ailələr üçün nəzərdə tutulsa da, burada gənclərə "divan tutulur”. Baxın, illərdir ki, binalar tikilib, istifadəyə verilib. Amma qazla təmin edilməyib. Bir çox əlaqədar şəxslərə çoxsaylı müraciətlər olunub. Şəhərcikdə geniştərkibli aksiyalar keçrilib. Hər dəfə "qaz növbəti il veriləcək” deyib bizi aldadıblar.

Təsəvvür edin ki, şəhərciyə məxsus məktəb və bağça qazlaşdırılıb. Amma sakinlər yaşayan binlara qaz verilmir. Belə olan halda, soyuq havalarda mənzilləri qızdırmaq mümkünsüz olur və nəticədə hamımız xəstə düşürük. Dərdimizə çarə tapılmır. Qış aylarında camaat soyuqdan "qırılır”.

Bütün mənzillərə qaz xətti çəkilib, sayğaclar quraşdırılıb. Lakin qaz buraxılmır. Mərkəzi istilik sistemi də yoxdur. Evlərimizi "kondisioner” və başqa isitmə vasitələri ilə qızdırırıq. Bunu da cəmi bir ay edə bilirik. Ona görə ki, həmin cihazlardan istifadə etdikdə, ayda ən azı 100-150 manat işıq pulu ödəməli oluruq.

Bu da az qala əmək haqlarımızın yarısı deməkdir. Neft-qaz ölkəsində qazsız qalmışıq”.
Sakinlər bu həftə sonu şəhərcikdə geniş tərkibli etiraz aksiyası keçirəcəklərini və Bakı – Sumqayıt yolunu bağlayacaqlarını deyiblər.

Xəbər 3202 dəfə oxunub.




10.04.2025  09:15 

Bu yollarda sıxlıq var - Siyahı

09.04.2025  19:10 

Bu Mərkəzə direktor təyin edildi

09.04.2025  11:24 

Seymur Verdizadə təltif olundu

08.04.2025  18:13 

Bondarenko istefa verdi


BÜTÜN XƏBƏRLƏR +