Baş nazir onların maaşı ilə bağlı qərar verdi
Prezident Çavuşoğluna başsağlığı verib
FHN “Şamo” şadlıq evini bağladı - Video
Havalar qızır: Sabah 22 dərəcə isti olacaq
Ruslar Sumidə çörək fabrikini vurdu
Molla əxlaqsızlığa görə həbs edildi
Avropa XİN rəhbərləri mayın 9-da Kiyevdə görüşəcək
Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi
Bakının daha iki rayonu üzrə söküntü başlayır


21.05.2021  09:43 

Sevgilisini öldürdükdən sonra özünü güllələyən polis vəfat etdi





A+  A-

Bakıda sevgilisini öldürdükdən sonra intihara cəhd edən polis əməkdaşı Həsən Osmanov vəfat edib.
XəzərNews.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, H.Osmanov əməliyyat olunsa da, həyatını xilas etmək mümkün olmayıb.

Yasamal RPİ 29-cu Polis Bölməsinin təhqiqatçısı 26 yaşlı H.Osmanov sevgilisi 25 yaşlı Fatimə Hüseynovanın evinə gedərək onunla mübahisə edib. F.Hüseynova ona ayrılmaq istədiyini bildirib, bu səbəbdən əsəblərini cilovlaya bilməyən H.Osmanov xidməti tapançasından atəş açaraq sevgilisinin başından 2 güllə vurub.

O, daha sonra özünü də başından güllələyərək intihara cəhd edib. Hadisə yerinə gələn şəxslər tərəfindən xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 2353 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +