Baş nazir onların maaşı ilə bağlı qərar verdi
Prezident Çavuşoğluna başsağlığı verib
FHN “Şamo” şadlıq evini bağladı - Video
Havalar qızır: Sabah 22 dərəcə isti olacaq
Ruslar Sumidə çörək fabrikini vurdu
Molla əxlaqsızlığa görə həbs edildi
Avropa XİN rəhbərləri mayın 9-da Kiyevdə görüşəcək
Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi
Bakının daha iki rayonu üzrə söküntü başlayır


10.08.2020  13:29 

Rüşvət alan məmurun işi məhkəməyə göndərildi





A+  A-

Şirvan şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsi barəsində olan cinayət işi məhkəməyə göndərilib.
Baş Prokurorluqdan XəzərNews.az-a verilən məlumata görə, Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfatı İdarəsinin müdiri Eyyub Gülməmmədovun qanunsuz hərəkətləri barədə vətəndaşın müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Eyyub Gülməmmədov xidməti vəzifəsinin icrası ilə əlaqədar müdiri olduğu idarənin balansında olan Şirvan şəhəri, Nizami küçəsində yerləşən yataqxananın 35 kv.m sahəsi olan 2 otaqdan ibarət hissəsini vətəndaşın adına sənədləşdirilməsi müqabilində sonuncudan 3000 manat məbləğində pulu 22 iyun 2020-ci il tarixdə özünə məxsus avtomobildə rüşvət kimi alarkən cinayət başında yaxalanıb.

Qeyd edilən fakta görə 22 iyun 2020-ci il tarixdə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

24 iyul 2020-ci il tarixdə Eyyub Gülməmmədova həmin Məcəllənin 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) maddəsi ilə yekun ittiham elan olunub və cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Xəbər 1804 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +