Zabrat qəsəbəsində obyekt yanır - VİDEO
Bu səfirlikdə müşavir vəzifəsi təsis edildi - Sərəncam
Milyonlarla borcu olan şirkətlər bağlandı
“Ailə Park“ MTK gecələr söküntü aparır
Kommunal xidmətlər üzrə vahid abunəçi kodu yaradılır
Su altında qalan “Bağırov” körpüsü və “Kolin” şirkəti...
Lukaşenko Putinlə görüşmək üçün Volqoqrada gedib
Sorğuları “Fake News”un özü kimi, saxtadır! - Tramp
Kirill Dmitriyevin bacısı Ukraynaya necə səfər edib?
Evi yanan qazi çarəsiz durumda... - Kömək yoxdur


15.08.2023  10:11 

Masallıda oğurluğa görə 3 nəfər saxlanılıb





A+  A-

Masallı rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən məktəb, ferma və əkin sahələri olmaqla ümumilikdə 4 yerdən dəmir boruları oğurlayan rayon sakinləri Qafar Qəhrəmanlı, Həsənağa Əliyev və Neftçala rayon sakini Ülvü Bədəlov saxlanılıblar.

XəzərNews.az DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupuna istinadən xəbər verir ki, həmin şəxslər ümumilikdə zərərçəkmiş şəxslərə 6400 manatdan artıq maddi ziyan vurublar. İlkin araşdırma zamanı həmin şəxslərin müxtəlif vaxtlarda oğurladıqları dəmir boruları metal qəbulu məntəqələrinə satdıqları və əldə olunan gəliri öz aralarında böldükləri müəyyən edilib. Faktla bağlı cinayət işi başlanıb, həmin şəxslər barəsində Masallı Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda saxlanılan şəxslərin digər analoji cinayət əməllərinin ifşa olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər 831 dəfə oxunub.




29.04.2025  13:33 

Sabah 21° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +