Zabrat qəsəbəsində obyekt yanır - VİDEO
Bu səfirlikdə müşavir vəzifəsi təsis edildi - Sərəncam
Milyonlarla borcu olan şirkətlər bağlandı
“Ailə Park“ MTK gecələr söküntü aparır
Kommunal xidmətlər üzrə vahid abunəçi kodu yaradılır
Su altında qalan “Bağırov” körpüsü və “Kolin” şirkəti...
Lukaşenko Putinlə görüşmək üçün Volqoqrada gedib
Sorğuları “Fake News”un özü kimi, saxtadır! - Tramp
Kirill Dmitriyevin bacısı Ukraynaya necə səfər edib?
Evi yanan qazi çarəsiz durumda... - Kömək yoxdur


01.09.2020  11:09 

Nazirlik Dilqəm Əsgərovun həyat yoldaşının təqaüdünü kəsdi





A+  A-

“6 ildən artıqdır erməni girovluğunda saxlanlılan Dilqəm Əsgərovun həyat yoldaşı Firuzə Əsgərovanın təqaüdü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən kəsilib”.
XəzərNews.az xəbər verir ki, bunu Modern.az-a Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib.

K.Əsgərov deyib ki, məsələ ilə bağlı nazirliyin Şəmkir rayonunda yerləşən 20 saylı Region üzrə Dövlət Əmək Müfəttişliyində olub:

“Mənə bildirdilər ki, anamın təqaüdünün kəsilməsi ilə bağlı göstəriş Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən gəlib. İndi mən nazir Sahil Babayevə müraciət edirəm. Niyə 6 ildən artıqdır erməni girovluğunda olan Dilqəm Əsgərovun həyat yoldaşının 220 manatı kəsilib? Axı dövlət başçısı dəfələrlə şəhid, qazi və girov ailələrinə diqqət və qayğı ilə yanaşılması istiqamətində tapşırıqlar verib. Məmurların vətəndaşlara yaxın olmasını tapşırıb. Təəssüf ki, bu tapşırıqlar yerlərdə yerinə yetirilmir. Görünür, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mənim anama verilən 220 manata ehtiyacı var”.

Məlumat üçün bildirək ki, Dilqəm Əsgərovun həyat yoldaşı Əsgərova Firuzə Şura qızı 2-ci qrup əlillik dərəcəsi ilə təqaüd alırdı.

Xatırladaq ki, Dilqəm Əsgərov 2014-cü ilin iyulunda dostu Şahbaz Quliyevlə birgə işğal altındakı Kəlbəcərdə doğma yerləri ziyarət edən zaman girov götürülüb. Qondarma "Dağlıq Qarabağ respublikası"nın separatçıları onlara "məhkəmə quraraq, Dilqəmə ömürlük, Şahbaza 22 il həbs cəzası kəsib.

Xəbər 5030 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.04.2025  13:33 

Sabah 21° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +